Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

19 Mart

2019
09:02
1977
Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda ilaxır çərşənbələrin sonuncusu qeyd olunur.

FaktXəbər-in məlumatına görə, bu çərşənbə xalq arasında "yer çərşənbəsi", "ilaxır çərşənbə" və ya "torpaq çərşənbəsi" kimi də tanınır. Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır və sair. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Axır çərşənbəyə aid bəzi el adətləri bunlardlr: "Axır çərşənbədə çimərlər", "Axır çərşənbə gecəsi tez yatmazlar", "Axır çərşənbə gecəsi evdə qazan asarlar", "Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar", "Axır çərşənbə axşamı küsülülər barışarlar" və s.

Torpaqla bağlı atalar sözləri : "Torpağa əyilən namərdə əyilməz", "Torpağa xor baxsan, o sənə kor baxar", "Torpaq müqəddəsdir", "Torpaqda itki olmaz, kötüksüz bitki olmaz", "Sular hərəkətlidir, Torpaq bərəkətlidir", "Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!" və s.

Məqalədə : İlaxır çərşənbəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54

Sabah Bakıda hava yağmursuz olacaq

24

Aprel
14:10
ÖLKƏ
79
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru