Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Avqust

2017
08:59
445
Bu gün `Qarabağ` Çempionlar Liqasında tarixi oyuna çıxacaq

Bu gün "Qarabağ" komandası Çempionlar Liqasında növbəti matçına çıxacaq. Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağı olacaq.

Tiraspolda baş tutacaq görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komanda üçün tarixi əhəmiyyət daşıyır. Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaq.

Ölkə çempionu bunu bacaracağı təqdirdə, paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Əks halda, mübarizəni səviyyəsinə görə ikinci olan klub turnirində davam etdirəcək və qrupa düşmək üçün daha bir rəqiblə qüvvəsini sınayacaq.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Roy Reynşreyber

Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

Tiraspol. “Şerif” stadionu

İlk oyun – 0:0

Məqalədə : Çempionlar Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru