Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
09:28
1461
Bu avtobuslardan adam iyrənir...

FaktXəbər-in verdiyi məlumata görə, bu haqda Milli.az-a Bakı şəhər, Binəqədi rayon sakini Asif Əhmədov məlumat verib. Sayta müraciət edən sakin paytaxtdakı sərnişin nəqliyyatında istifadə edilən avtobuslardakı antisanitariyadan şikayətlənib. Onun sözlərinə görə, həmin avtobuslar guya Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətindən keçsə də, adam oturacaqlardan iyrənir:

"BNA-nın yoxlamasından keçən bir sıra marşrut avtobuslarına guya onların dezinfeksiya olunduğu, avtobuslarda video müşahidə aparıldığına dair stikerlər vurulub. Halbuki, orada nə hər hansı dezinfeksiyadan, nə də kameradan danışmaq olmaz. Həmin stikerlərin vurulduğu elə avtobuslar var ki, adam iyrəndiyindən heç oturacağa oturmaq belə istərmir. Belə olduğu təqdirdə o stikerlər nə üçün və hansı əsasla vurulur? Niyə həmin avtobuslar dezinfeksiya olunmur? Niyə oturacaqların örtükləri vaxtında dəyişdirilmir? Niyə buna lazımi nəzarət edilib tədbir görülmür?!"

Məsələ ilə bağlı sayt bir aydan çox müddətdə BNA-nın mövqeyini öyrənməyə çalışıb. Lakin bununla bağlı sorğunun sentyabrın 5-də verilməsinə və daha sonra bu barədə bir neçə dəfə təkrar xatırlatmalara baxmayaraq, sözügedən qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən hər hansı cavab almaq mümkün olmayıb.

Məqalədə : avtobus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 14:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru