Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

31 May

2016
17:02
3772
Bu yay dondurma yeyəcəyik, yoxsa köpük - VİDEO

İstisnasız olaraq istər böyüklərin, istərsə də uşaqların dondurmanı sevdiyini söyləmək olar. Havalar isinməyə başlayan andan əksər sakinlərin əlində dondurma görmək mümkündür. Amma dondurmanı sevdiyi qədər yediyinin tərkibi ilə maraqlanan çox az adam tapmaq olar.

Bu məqsədlə Bakıda fəaliyyət göstərən məşhur dondurma şirkətlərindən birinin məhsulunu alaraq Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Mərkəzdən ilk öncə bildirdilər ki, sahibkarlıq subyektlərinin yoxlanılması 2 il müddətinə qadağandır. Daha sonra isə bildirdilər ki, hər hansı bir ərzağı yoxlamaq üçün ilk öncə rəsmi şəkildə müraciət olunmalıdır. Daha sonra ərzağın alındığı mağazanın sahibinin VÖEN-i qeydiyyata alınmalı, ərzaq istehsalçısı ilə əlaqə yaradılmalı və İqtisadi İnkişaf Nazirliyinin müvafiq şöbəsinə müraciət edilməlidir. Oradan icazə alındıqdan sonra ərzağın labarator yoxlanılmasını aparmaq mümkündür. Yəni, mağazadan aldığının adi bir dondurmanın tərkibinin bilmək üçün günlərlə vaxt itirilməlidir. Qısası, süründürməçilik.

İşin belə olduğunu görüb, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq və prosedurun hansı formada həyata keçirilməli olduğunu aydınlaşdırmaq istədik. 

Biz Eyyub Hüseynovun münasibəti ilə paralel olaraq isə aldığımız dondurmanın necə əridiyini öyrənmək istədik. Tərkibinin süddən ibarət olduğu deyilən dondurma 1 saata yaxın boşqabda qalsa da, onda südü görmədik. Buzu əridikdən sonra qalan köpük isə göz önündə idi.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com