Tarix:18-01-2017 16:52
Bu soyqırımları barədə Azərbaycan mediasında heç vaxt yazılmayıb
Gizlədilən soyqırımı cinayətləri və dinc sakinlərin başına atılan 700.000 ədəd fosfor bombası
Şərh yaz
“Soyqırımları tarixi” adlı yazılar silsiləsinin növbəti hissəsini FaktXəbər olaraq təqdim edirik. Ötən yazılarımızıda Norveç və İsveçin minlərlə qaraçını necə qırmasından və ABŞ-ın su çiçəyi xəstəliyi ilə hindu xalqını necə məhv etdiyini araşdırmışdıq.
 
Budəfəki araşdırma mövzumuz Böyük Britaniyanın törətdiyi soyqırımlarıdır.
 

Buna da baxın

Minlərlə qaraçını necə qırıblar? - ARAŞDIRMA

İngilislər Hindistana, Avstraliya, Ruanda, Zair və hətta Almaniyada da qətliamlar törədiblər. Amma ən çox zərbəni birbaşa şəkildə Hindistan və Avstraliya xalqlarına vurublar. Hindistanın təbii və mənəvi zənginliklərini tamamilə məhv edərək, yoxsul ölkə halına gətiriblər. Birinci Dünya müharibəsi zamanı Hindistandan 1 milyon əsgər və 1 milyard rupi pul alıblar. Alınan bu pul və əsgərlər də Osmanlı dövlətinə qarşı istifadə edilib. 
 
HİNDİSTAN
 
13 aprel 1919-cu ildə ingilislərin o zamankı müstəmləkəsi Hindistanın Amritsar şəhərində hadisə baş verir. Hadisə bir ingilis qadının Amritsar şəhərində velosipedlə gəzərkən yerli kişilər tərəfindən hücuma məruz qalması iddiası ilə başlayır. Qadın bu hadisədən o zamankı komandir, general Reqinald Dyerə şikayət edir. General Dyer dərhal əmr verir: o prospektdəki bütün hindlilər diz üstə çöksün və sürünərək getsinlər. Bundan əlavə, ingilis polislərinə yanlarına yaxınlaşan bütün hindliləri qırmanclamaq səlahiyyəti verir. 
 
Bu hadisədən sonra hindlilər bir festivalı qeyd etmək və baş verənlərə etiraz üçün toplanırlar. Zərərçəkənlərin söylədiklərini dinləməyə başlayırlar. Birdən, general Dyer 50 əsgəri ilə birlikdə həmin əraziyə gəlir və heç bir xəbərdarlıq etmədən pulemyotlarla dinc sakinləri atəşə tutur. Hindlilər 10-15 dəqiqə ərzində 370 ölü və 1500 yaralı verərək ərazidən çəkilirlər. Qərargaha qayıtdıqda isə general üstlərinə üsyana qalxdıqları üçün atəş açdığını raport edir. 
 
Araşdırma üçün Hindistana gələn müfəttiş generala günahsız xalqa atəş açdırmasının səbəbini soruşduqda, general Dyer, "Buranın komandiri mənəm. Buradakı hərbi işləri mən icra edirəm. Elə lazım bildim və əmr etdim", cavabını verir. Belə cavab alan müfəttiş, "Lap yaxşı, bəs əhalinin dizi üstə sürünməsinə əmr verməyinizin səbəbi nədir", - deyə sual verir. General, "Hindlilər tanrıları qarşısında üzüstə sürünürlər. Bunlara ingilis qadının hind tanrısı qədər müqəddəs olduğunu və onun qarşısında da təhqir deyil, sürünmələri lazım olduğunu izah etmək istədim", söyləyir.
 
Generalın bu sözləri İngiltərə mətbuatında dərc olunduqda onu qəhrəman elan edirlər və tarixə "Amritsar üsyanını yatıran general" kimi düşür. Bu hadisələrdən sonra Hindistanda böyük hadisələr baş verir və general Dyer təqaüdə çıxır. Lakin Lordlar Palatası hadisələri anlayışla qarşılayır. Bu hadisələr əsnasında gənc olan Udham Sinq gözlərinin qarşısında olanların intiqamını almaq üçün and içir. Andına qırğın zamanı bölgədə qubernator olmuş Michael O'Dyverini 13 mart 1940-cı il Londondakı "Caxton Hall"da 6 güllə vuraraq öldürməklə yerinə yetirir və bu əməlinə görə 31 iyulda edam olunur. 
 
İNGİLİSLƏRİN AVSTRALİYADA YERLİLƏRƏ TƏTBİQ ETDİYİ SOYQIRIMI
 
İngiltərə Krallığı 1788-1938-ci illər arasında müstəmləkə məqsədi ilə getdikləri Avstraliyada məskunlaşmış aborigenləri sistematik şəkildə məhv edirlər. İngilislər yerli xalq arasında epidemiya yayırlar. Amma bununla da kifayətlənməyib yeməklərinə zəhər qataraq onların məhvinə başlayırlar. Görülən bu cür tədbirlər nəticəsində 750 min qaradərili aborigendən yalnız 31 min nəfər sağ qalır.
 
RUANDA, ZAİR QƏTLİAMLARI
 
İngiltərənin rəhbərlik etdiyi koalisiyalar aralarına kin toxumları səpilən bir çox ölkə xalqını bir-birinə qırdırıblar. 1965-1966-cı illərdə İndoneziya ordusu 1 milyon kommunisti və ailələrini öldürüb, 1975-1979-cu illər arasında Kambociyada qırmızı kxmerlər 1.7 milyon kambociyalını qətliam edib,1994-cü ildə Ruandada 500.000 tutsi hutular tərəfindən öldürülüb.
 
Müstəmləkə dövründə ingilisləşən və ingilis mədəniyyətinin nümayəndəsinə çevrilən tutsilərlə hutular arasında 1994-cü ildə baş verən müharibədə 1 milyon tutsi ölür.
1996-cı ildəki qarşıdurmalarda isə Zair hökumətinin rəhbərliyinin təzyiqindən və tutsilərin qırğınından xilas olmaq istəyən hutular Ruandaya doğru qaçırlar. Bir dilim çörəyə möhtac olan mühacirlər yol boyunca onları nə kimi təhlükələrin gözlədiyindən də xəbərsiz idilər.
 
Müstəmləkəçi qüvvələr Uqandadan çəkildikdən sonra da onların yetişdirdiyi yerli xristianlar müsəlmanlara zülm etməyi dayandırmırlar. Avropa ölkələrinin xidmətindəki Uqandanın yerli xristianları 1980-85-ci illəri arasında 100 min uqandalı müsəlmanı qətliam edirlər. Xristian zülmündən qaçan 400 minə yaxın uqandalı da Zair, Ruanda və Sudandakı mühacir düşərgələrinə sığınmaq məcburiyyətində qalır. 150 minə yaxını da Uqandanın içindəki qaçqın düşərgələrinə sığınır.
 
Zair sərhədindəki qaçqın düşərgələrinin əlverişsiz və primitiv şərtlərində iki il həyatla-ölüm arasında müqavimət göstərən 400.000 mühacir dəstələr şəklində qonşu ölkələrə qaçır. Aclıq və səfalətin hökm sürdüyü ölkədə yayılan vəba isə işi daha da çətinləşdirir. Yoxsul və kimsəsiz insanlara yardım edilmir, edilən çox az miqdardakı kömək isə əsgərlər tərəfindən müsadirə olunur. Onsuz da bir-birini mərhəmətsiz şəkildə qətlə yetirən hutu və tutsilərin gələn yardımları paylaşmalarını gözləmək, ancaq xəyal olardı. Hər cür dərman yardımı müsadirə edilən Zairin Homa şəhərində o dövrdə hər saatda ən azı 10 uşaq ölürdü.
 
STRATEJİ BOMBARDMAN VƏ "YANĞIN QASIRĞASI" - YAPONİYA
 
ABŞ və Britaniya başda olmaqla imperialist dövlətlərin Birinci Dünya müharibəsi ərzində üzərində işlədikləri "strateji bombardman" anlayışının aviasiya və partlayıcı maddə texnologiyası sahələrindəki inkişafın da yardımı ilə İkinci Dünya müharibəsi zamanı tətbiqinə başlandı. Strateji bombardman rəqib dövlətin iqtisadi infrastrukturunu və vətəndaşının əhvalını çökdürmək, bununla da döyüş gücünü iflic etmək üçündür. İkinci Dünya müharibəsinin xüsusi ilə ikinci yarısında Almaniya və Yaponiyanın strateji bombardmanının ən mühüm elementi 1942-ci ilin fevralında Britaniya Krallığının Hava Hücumundan Müdafiə Qüvvələri Bombardman Komandanlığının başına gətirilən Artur Harrisin 1943-cü ildə hazırladığı texniki, sənaye və rabitə bazalarına, kütləvi yaşayış sahələrinə yanğın bombasının tətbiqi idi. 
 
Bu plan yüksək partlayıcı gücü olan bombaların böyük miqdarda atılmasını özündə əks etdirir və ölkə əhalisinin terror edilməsini hədəfləyirdi. Çoxlu sayda bombardman təyyarəsinin atdığı bu bombaların müəyyən sahələrə istiqamətlənməsi ilə yaranan kiçik həcmli yanğınlar birləşərək temperaturun yüksək dərəcələrə qalxmasına səbəb olan bütöv bir yanğın yaradırdı. Bundan sonra hava həddindən artıq isinir, insanları və digər obyektləri əhatə edən süni alov qasırğası yaranırdı. Bu qasırğa çoxlu sayda insanın yanaraq, tüstü və karbon monoksiddən zəhərlənərək, havasız qalaraq ölümünə səbəb olurdu. 
Britaniya və ABŞ 1943-cü ildən bu texnologiyanı Almaniya və Yaponiyadakı şəhərlərə qarşı tətbiq edirlər. Bu bombardmanlar Hiroşima və Naqasakidə istifadə edilən atom bombalarının gətirdiyi ölümə yaxın can və mal itkisinə səbəb olur. Misal üçün, Tokioya qarşı ABŞ təyyarələrinin 1945-ci ilin martında həyata keçirdiyi bombardmanda 100.000-ə yaxın dinc sakin ölür. Con Dover 1986-cı ildə yayımlanan "War Without Mercy: Race & Power in the Pacific War" kitabında Tokio bombardmanı zamanı kanalların qaynadığını, metalların əridiyini, binaların və insanların birdən-birə alov kürəsinə döndüyünü yazır. 334 ədəd “B-29” nəhəng bombardman təyyarəsinin iştirak etdiyi bu hücumda həmin vaxt 6 milyon insanın yaşadığı Tokio 3 saat ərzində bombalanır. 1665 ton fosfor bombasının istifadə edildiyi bombardmanda 265.000 bina dağıdılır, 42 kvadrat kilometrlik ərazi tamamilə külə dönür. Ölənlərin çoxunun qadınlar, uşaqlar və yaşlılardan ibarət olduğu bombardmanda “B-29” təyyarələrinin pilotları yanan insan əti iyindən qusmamaq üçün oksigen maskası taxmaq məcburiyyətində qalırlar. 
 
1945-ci ilin avqustunda yanğın qasırğası yaradan bombardmana hədəf olan Yaponiya şəhərlərinin sayı 58 olub və imperialistlərin əllərindəki fosfor bombaları qurtardığı üçün bombardmanlara fasilə vermək məcburiyyətində qalırlar. Amma buna baxmayaraq, bombardmanlar 6 avuqstda Hiroşimaya və 9 avqustda Naqasakiyə atom bombalarının atılması ilə davam edir.
 
Yeri gəlmişkən, İkinci Dünya müharibəsindən əvvəl və sonra Sovet İttifaqı ABŞ və Britaniyanın əksinə olaraq strateji bombardman flotu əvəzinə, daha çox taktiki hücum məqsədlərindən istifadə edib. Məhz buna görə də Sovet hava qüvvələrinin bombardman təyyarələri və digər döyüş təyyarələri əsla şəhərləri və mülkü obyektləri fasiləsiz şəkildə bombalamamışdı. Belə olmasa idi “Qızıl Ordu” da faşist Almaniyasının, yapon silahlılarının və xüsusi ilə də Britaniya və ABŞ imperialistlərinin etdiyi kimi şəhərləri, mülkü obyektləri təyyarələr, raketlər və ağır toplarla təsadüfi, ya da bilərəkdən bombalaya bilərdi. Belə olmasa idi Berlini almaq üçün küçə-küçə döyüşərək 120.000 əsgər itirməzdi. 
 
13-14 FEVRAL 1945-Cİ İL: DREZDEN
 
"Tarixi qazananlar yazır", - deyilir. Buna görə də, faşist Almaniyasının Londona və digər Britaniya şəhərlərinə qarşı həyata keçirdiyi hava hücumları çox geniş ədəbiyyatın və filmlərin mövzusu olub. Amma ABŞ və Britaniyanın xüsusi ilə 1943-cü ilin ikinci yarısından etibarən Almaniya və Yaponiya şəhərlərinə qarşı son dərəcə vəhşi və barbar bombardmanları sanki unutdurulub. (Hətta, dünyada ilk və yeganə nümunə olmasına baxmayaraq, Hiroşima və Naqasakinin atom bombalarına hədəf olması hadisəsi belə, bu gün də gizli imperialist media senzurasına məruz qalır) Halbuki, ağır bombardman təyyarələrinə malik olmayan Luftvaffenin (Almaniya Hərbi Hava Qüvvələri) Britaniyaya qarşı 1940-41-ci illərdə 9 ay tətbiq etdiyi bombardmanlar zamanı ölənlərin sayı 40.000, yaralananların sayı isə 236.000 nəfər olmuşdu. Amma Almaniyanın təkcə Drezden şəhərində Britaniyanın bombardmanı nəticəsində bir gecədə ölənlərin sayı bundan qat-qat çox idi. Bütün müharibə ərzində Londonda hava bombardmanı nəticəsində dağıdılan ərazi 2.430.000 kvadrat metr idi. Ancaq təkcə bir gecədə Drezdendə dağıdılan ərazi 6.475.000 kvadrat metr olmuşdu. Buna baxmayaraq, heç kəs Drezdenin faciəvi şəkildə məhvindən danışmır. 
1945-ci ilin fevralında İkinci Dünya müharibəsinin sonuna az qalmış, Almaniyanın şərqində yerləşən və tarixi-mədəni zənginliyinə görə "Şimalın Florensiyası" adlandırılan Svinger muzeyi, Frauenkirxa kimi abidələri ilə məşhur olan Drezdenin 600.000-ə yaxın əhalisi irəliləyən "Qızıl Ordu"dan qaçan Almaniya vətəndaşlarının da şəhərə sığınması ilə təxminən 1.2 milyon nəfərə çatır. Şəhərdə hər hansı bir ciddi hərbi hədəf - qarnizon, silah zavodu, silah anbarı və sair - olmadığı üçün Drezdenə Almaniyanın digər şəhərlərinə edilən hava hücumlarının edilməsi gözlənilmirdi. Bir-iki mənasız hava hücumundan başqa şəhərin o günə qədər ABŞ və Britaniyanın hava hücumuna məruz qalmaması da bu fikri gücləndirirdi. 13-14 fevral 1945-ci ildə Drezden tamamilə müdafiəsiz idi. Talehsiz şəhərdə nə hər hansı bir hava hücumundan müdafiə sistemi, nə də güclü bombardmanlardan qaçacaq sığınacaq var idi. 
 
Drezden sakinlərini qəfil yaxalayan ilk hücum dalğası gecə saat 22:09-da başlayır və 24 dəqiqə davam edir. Krallığın Hərbi Hava Qüvvələrinin 244 ədəd "Lancaster" təyyarəsinin atdığı fosfor bombaları Drezdenin daxili şəhər deyilən bölgəsində yanğın qasırğası yaradır. Birinci hücumdan sonra 3 saatlıq fasilə elan edilir. Bu aldadıcı fasilə binalara sığınan və ilk bombardmandan xilas olmağı bacaran insanların bayıra çıxmalarını, xilasetmənin və yardım qruplarının hərəkətə keçməsinin təmin etmək, bununla da ikinci hücum dalğasında can itkisini daha da artdırmaq üçün edilir. Bombardman zamanı sığınaqlara toplanan insanların böyük hissəsi də havasızlıqdan, ya da fosfor bombalarının yaratdığı güclü istidən yanaraq ölürlər. Alovlardan xilas olmaq istəyən on minlərlə insan isə Drezdenin "Grosser Garten" adlı 4 kvadrat kilometrlik nəhəng parkına toplanır. Krallığın 529 ədəd "Lancaster" təyyarəsinin qatıldığı ikinci bombardman dalğası gecə 01:22-də yenə heç bir xəbərdarlıq edilmədən həyata keçirilir. "Grosser Garten" parkını tamamilə əhatə edən və şəhərin digər ərazilərinə də təsir göstərən yanğın qasırğası bir neçə dəqiqə ərzində on minlərlə insanı yandıraraq öldürür. 
14 fevral günü səhər saat 10:30-da isə üçüncü hücum dalğası həyata keçirilir. 527 ədəd "Mustang" təyyarəsinin təşkil etdiyi bu bombardmanın məqsədi ötən gecəki hücumdan sağ qalanları yox etmək idi. Müharibə zamanı Drezden yaralanan, şikəst olan on minlərlə vətəndaş və əsgərin sığındığı və müalicə aldığı şəhərə çevrilir. Gecə həyata keçirilən qırğından xilas olanlarla bərabər, həkimlərin fəaliyyəti nəticəsində minlərlə xəstə, yaralı və şikəst insan Elba çayının sahilinə toplanır. ABŞ təyyarələri isə əksəriyyəti xəstə, şikəst olan bu insanları 38 dəqiqə ərzində bombardman edir. 
 
Bombardmandan iki həftə sonra Drezdenə gedən isveçrəli gördükləri barədə belə yazır:
 
"Qopmuş qollar və qıçlar, parçalanmış bədənlər və bədənlərindən ayrılaraq kənara düşmüş başlar görürdüm. Bəzi yerlərdə cəsədlər o qədər çox idi ki, qopmuş qollara və ayaqlara basmamaq üçün yeriməyə yol açmaq məcburiyyətində qalırdım."
 
Maykl Zezima 8 fevral 2003-cü ildə, yəni ABŞ və cinayət yoldaşlarının İraqa hücumundan 45 gün əvvəl yazdığı "From Dresden to Baghdad" (Derzdendən Bağdada) adlı məqaləsində 1.2 milyon insanın olduğu Drezdenə 700.000 ədəd fosfor bombası atıldığını və şəhərin əsası yerlərində istiliyin 1.000 dərəcəyə çatdığı bildirilir.
 
Tanınmış jurnalist Filip Kinqtley isə belə yazır: "Britanya və ABŞ təyyarələrinin atdığı 750.000-ə yaxın fosfor bombası yanğın qasırğası yaratmışdı və ətrafında nə var içinə çəkirdi. Drezdendə sürəti 100 milə yaxınlaşan alov küləyi əsirdi. Alovlar bütün orqanik maddələri, yana biləcək hər şeyi yeyirdi. Minlərlə insan istidən bişərək, yanaraq və havasızlıqdan boğularaq ölürdü. Növbəti gün isə Amerika təyyarələri sağ qalanları məhv etmək üçün gəldilər. Drezdenin daxili şəhərində olan 28.410 evdən 24.866-sı dağıdılmışdı." (London, "Quartet Books", 1975, s.313)
 
Drezdenin bombalanması nəticəsində nə qədər insanın ölməsi barədə dəqiq məlumatlar yoxdur. Bunun səbəbləri arasında çoxlu sayda insanın cəsədinin parçalanması, yanması, əriməsi, hətta buxarlanması ilə yanaşı, müharibənin son vaxtları olduğu üçün Drezdenə kənar şəhərlərdən minlərlə qaçqının toplanması da var idi. Amma aparılan müstəqil araşdırma komissiyası ölü sayının 300.000-dən çox olduğunu göstərir. 
"Qəssab" ləqəbli marşal Artur Harris avtobioqrafiyasında Drezdenin döyüş sursatları istehsalının əsas bazası olduğunu yazsa da, tarixçilər bunu özünümüdafiədən başqa bir şey olmadığını və Drezdendə belə zavodların olmadığını sübut ediblər. 
 
Bundan əlavə, həmin vaxt başda Çörçil olmaqla digər səlahiyyətlilər bombardmanın Sovet İttifaqının istəyi ilə həyata keçirildiyini söyləyirlər. Amma sonradan üzə çıxan arxiv materialları göstərdi ki, deyilənlər yalandır və 4-12 fevral tarixində toplanan Yalta Konfransı zamanı Çörçil "Qızıl Ordu"nun irəliləyişini asanlaşdırmaq üçün Almaniyanın əsas şəhərlərinin bombalanması təklifini irəli sürüb, amma Stalin və köməkçiləri bu təklifi qəbul etməyib.
 
Drezden qətliamını araşdırmaq yalnız tarixin unudulan və ya unutdurulan bir səhifəsini yenidən açmaq mənasına gəlmir. Gəlmir, çünki İkinci Dünya müharibəsindən sonra ABŞ imperializmi dünya xalqlarına qarşı ardıcıl Drezdenlər yaşatdı və hələ də yaşatmaqda davam edir. 
 
Ola bilsin, oxucuda sual yaransın ki, nəyə görə İngiltərə və ABŞ Drezden bu cür soyqırım həyata keçirdi? Bu suala konkret bir misalla cavab vermək olar: İlk əvvəl Sovet ordusunun məğlub olacağını gözləyən ABŞ və Böyük Britaniya qəfil dönüşdən narahat olmuşdular. Və Stalinin Berlində dayanmayacağını, Avropanın digər ölkələrinə qarşı da irəliləyəcəyindən narahat idilər. Məhz buna görə, bir növ gövdə göstərisi kimi nəyə qadir olduqlarını və yuxarıda da qeyd etdiyimiz kimi, Sovet İttifaqının malik olmadığı bombardmançı təyyarələrinin gücünü göstərmək, bununla da "Qızıl Ordu"nun Berlində dayanmasına nail olmaq istəyirdilər.Görünür, bütün gücünü qoyaraq Berlinə kimi irəliləyən Stalin də ya daha iki dövlətlə müharibə cəbhəsi açmamaq, ya da əlavə itkilərə yol verməmək məqsədi ilə 9 Mayda Qələbəni elan edərək, müharibəni sonlandırdı.   
 
Aqil Mehdi / araşdırmaçı jurnalist
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
soyqırımı - soyqırım - Xocalı - Drezden -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:18-01-2017 16:52 - Oxundu: 2879
Top Secret
17-03-2017 11:42 Kraliça Yelizavettanın GİZLİ JESTLƏRİ
08-02-2017 16:12 Alman faşistlərin boynunda olan 73 MİLYON İNSAN QANI - Araşdırma
07-02-2017 16:42 Fransanın törətdiyi soyqırımından danışan generalın başına oyun açdılar
25-01-2017 11:50 İnsanın kosmosa "ayağını açan" ilk qitələrarası ballistik raket - VİDEO
18-01-2017 16:52 Bu soyqırımları barədə Azərbaycan mediasında heç vaxt yazılmayıb
18-01-2017 09:43 SSRİ-nin sirr kimi saxladığı güclü SİLAH - VİDEO
12-01-2017 14:11 Nüvə erasının super silahları: Rusiya və ABŞ-ın sualtı mübarizəsi
09-12-2016 16:55 Minlərlə qaraçını necə qırıblar? - ARAŞDIRMA
06-12-2016 15:59 "Soyqırımları tarixi": bir xalqı su çiçəyi xəstəliyi ilə məhv etdilər - ARAŞDIRMA
29-11-2016 17:17 37 ölkədə 20 milyondan çox insanı kim və necə qətlə yetirib? - ARAŞDIRMA
08-11-2016 17:45 Onlar tezliklə bəşəriyyəti nə hala salacaqlarını aşkar göstərdilər - ŞOK VİDEO
23-09-2016 11:07 ABŞ kəşfiyyatına casusluq edən azərbaycanlılar - İNANILMAZ FAKTLAR
22-09-2016 15:47 İnsanlığın düşməni olan canlı oyuncaq yaradılıb – FOTO-VİDEO
21-09-2016 16:53 Google-nin dünyadan sirr kimi gizlətdiyi 20 yer - FOTO
19-09-2016 17:31 Nobelin tarixə qanla yazılan 350 ixtirası və SÜLH MÜKAFATI - ARAŞDIRMA
24-08-2016 15:48 Milli Təhlükəsizlik Agentliyinə işləyən hakerin dəhşətli müsahibəsi
07-06-2016 11:43 Dollar ABŞ-ın valyutası deyilmiş - VİDEO
25-04-2016 15:39 Prezidentlər BU QADININ KÖLGƏSİndən də qorxurlar
24-03-2016 17:15 Roma Papası ilə I Kirilin görüşünün sirli səbəbi - FOTO
23-03-2016 16:08 Dövlətlərin gizlətdiyi nüvə qəzaları - ARAŞDIRMA
10-03-2016 15:20 Ərəbistanın terror etdiyi tarixçi nələri ifşa etmişdi?
07-03-2016 15:55 Şeytanla əlaqəyə girib insanları belə dəli edirlər - VİDEO
03-03-2016 16:52 Prezidentin saatındakı "GİZLİ MESAJ" - FOTO
24-02-2016 13:20 "ABŞ-ın Suriya hökuməti ilə müharibəsi 2000-ci ildən başlayıb"
15-02-2016 16:06 ONLARI TANIYIN - Bütün dünyanı bu 13 ailə idarə edir
15-02-2016 12:41 Baş nazirin qətlinin sifarişçisi 65 il sonra bəlli oldu
27-01-2016 17:25 İsraildə niyə xərçəng xəstəsi yoxdur? ARAŞDIRMA
27-10-2015 12:33 Dünyanın tanınmış siyasi xadimləri gənclik illərində - FOTOLAR
26-10-2015 12:44 XX əsrin tanınmış siyasi xadimləri və anaları - FOTOLAR
23-10-2015 12:35 Hakimiyyətdə olan HANNİBALLAR: İnsan ətini sevən ən qəddar diktatorlar
22-10-2015 11:26 ŞOK: Türkiyə polisi terroru 20 gün öncədən bilirmiş - RƏSMİ SƏNƏD
16-10-2015 11:01 Dünya hərb tarixinə adını yazdıran hərb nazirimizə niyə küçə süpürtdürüblər
30-09-2015 13:12 Nəhəng insanlar dövrü və Ad qövmü: Mif, yoxsa reallıq? ARAŞDIRMA
17-09-2015 12:31 Gəncənin gizli yeraltı yolları - VİDEO
09-09-2015 12:11 “Kurtlar Vadisi” satanizm elementlərindən istifadəyə davam edir - VİDEO
07-09-2015 11:21 Güllələnmədən əvvəl gülüş... FOTOLAR
14-08-2015 09:59 İnternet 7 gizli açarı olan 14 nəfər tərəfindən idarə olunur
29-07-2015 16:56 Hitlerin çıxışdan öncə etdiyi məşqinin GİZLİ FOTOLARI
17-07-2015 13:38 WikiLeaks Azərbaycanla italyan haker şirkəti arasında məxfi yazışmaları yayıb
07-07-2015 16:51 ABŞ və İngiltərəyə inamın sonu. Qəzzafi: Bizim taleymizdən ibrət götürülməlidir
30-06-2015 16:59 ABŞ-ın həyatdan sildiyi fiziki jurnalistlər necə tapdılar? - FOTO
29-06-2015 16:38 Məkkə və Mədinəni partlatmaq üçün hazırlanan bomba oyunu
21-06-2015 18:06 Ərdoğan və Ancelina Colinin əl görüşməsindəki ŞOK SİRR- FOTO
16-06-2015 12:26 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
01-06-2015 10:14 Qatır Məmməd kimə xidmət edib: Azərbaycanlılara, yoxsa ermənilərə?
27-05-2015 12:48 ABŞ-ın Böyük Möhürünün sirri və ya Troya atı - ARAŞDIRMA
25-05-2015 17:20 İŞİD-in ABŞ tərəfindən yaranması haqqında ŞOK SƏNƏDLƏR FOTO-VİDEO
15-05-2015 16:14 SSRİ-də edam olunan yeganə yeniyetmə - FOTO-VİDEO
12-05-2015 11:34 1 nömrəli terrorçunun öldürülməsi barədə şok fakt Amerikanı qarışdırdı - TOP SECRET
02-04-2015 12:16 Türkiyənin məşhur masonları - SİYAHI
30-03-2015 16:56 Türkiyə gündəmini dəyişən Fətullah Gülənin mason andı - FOTO
27-03-2015 15:16 Pentaqon İsrailin nüvə sirlərini faş etdi
09-02-2015 15:07 İsveçrə bankının gizli hesabları internetə sızdı - azərbaycanlılar da var
27-01-2015 15:49 Kral Abdullah barəsində Wikileaksin şok hesabatı?
20-01-2015 19:28 "Bilderberg" mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu - FOTO
13-01-2015 12:15 Ötən ilin mistik sirləri - FOTO-VİDEO
05-01-2015 16:40 Ərdoğanın ABŞ və İsraildən qəbul etdiyi ŞOK TƏKLİF!
05-01-2015 10:11 Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok fakt - FOTO
29-12-2014 14:51 Erməni terrorizmi iş başında! - YOUTUBE-dan SİLİNƏN VİDEO
19-12-2014 16:02 6 ay erməni əsirliyində: Bizi Ağdamın poçt müdiri satdı - FOTO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi - FOTO
27-03-2017 16:06
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Cəlilabadda əllə quyu qazan qurğu düzəldiblər - VİDEO
27-03-2017 22:37
Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
27-03-2017 16:34
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəmələri davam etdirilib
27-03-2017 16:06
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az