- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir. Daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbail, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalmışdır".
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Şöbə müdiri vurğulayıb ki, 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb: "Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır. Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olmuşdur.
Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər. Dövlət orqanlarına daxil olan müraciətlərin sayının bilavasitə yerli icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayından çox olduğu şəhər və rayonlardan Yevlax, Ağdam, Ağdaş, Astara, Bərdə, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Pirallahı, Samux, Şamaxı, Tovuz, Yardımlı, Yasamal, başqa şəhər və rayonları göstərmək olar.
Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir"./Report
05-02-2019 09:06 Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradılıb
24-01-2019 19:05 Zaur Ramazanov BŞİH-dəki vəzifəsindən azad olunub
07-01-2019 10:56 İcra başçısının müavininin otağından oğurluğa cəhd olub
27-12-2018 10:31 Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
27-12-2018 09:58 Bakı Şəhər İcra Hakimiyyətinin üç vəzifəli əməkdaşı işdən çıxarılıb
20-12-2018 11:13 BŞİH bağçalarda reydlər keçirir
- 21-02-2019 19:59 Prezident bu təqaüdləri 220 manatdan 300 manata qaldırdı
- 21-02-2019 15:58 Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- 21-02-2019 15:22 Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib
- 21-02-2019 15:15 Real TV respublika yayımçısı ola bilər
- 21-02-2019 14:45 "Nar" ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- 21-02-2019 14:27 Gömrükçülər 28 kq-dan artıq heroin aşkar edib
- 21-02-2019 14:17 Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 21-02-2019 12:57 Sabahın hava proqnozu açıqlanıb
- 21-02-2019 12:33 Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 21-02-2019 11:32 Fazil Məmmədov bizneslə məşğul olmağa başlayıb
- 21-02-2019 10:52 Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
- 21-02-2019 10:31 Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
- 20-02-2019 15:03 "Nar" 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
- 20-02-2019 14:39 Vergilər Nazirliyi ticarətçilərə müraciət etdi
- 20-02-2019 14:19 Seysmoloji Mərkəz 8 bal zəlzələ xəbərlərinə münasibət bildirib
- 20-02-2019 12:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 20-02-2019 11:41 Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb
- 20-02-2019 11:05 Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
- 20-02-2019 10:27 Azərbaycanda uşaqlara bu adların qoyulmasına icazə verilmədi
- 20-02-2019 10:04 DGK sədri Ağsuda vətəndaşları qəbul edəcək
- 20-02-2019 09:44 Azərbaycanda ÜDM istehsalı artıb
- 20-02-2019 09:27 Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR
- 19-02-2019 16:20 Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib
- 19-02-2019 15:57 “Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
- 19-02-2019 15:27 Sahil Babayevə yeni müavin təyin olunub