Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2019
16:03
679
Bu Nazirliyin strukturuna daxil olmayan qurumların siyahısına dəyişikliklər edilib

 “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişikliklər edilib.

FaktXeber.com-un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərar əsasən: “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə “Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi, “Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi, “Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi, “Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi, “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi, “Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi, “Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi, “Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi, “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi, “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi, “Balakən Gənclər evi” sosial xidmət müəssisəsi əlavə edilib.

Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: “Qazax Olimpiya İdman Kompleksi” MMC, “Zaqatala Olimpiya İdman Kompleksi” MMC; “Şəki Olimpiya İdman Kompleksi” MMC; “Qusar Olimpiya İdman Kompleksi” MMC; “Abşeron Olimpiya İdman Kompleksi” MMC; “Ağcabədi Olimpiya İdman Kompleksi” MMC; “Buzovna İdman Zalı” MMC; “Bakı İdman Sarayı” MMC.”.

Daha əvvəl də Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3461

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1650

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2814

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 06:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru