Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Aprel

2017
21:26
6541
Bu ölkələrdə yaşayan türklər Ərdoğana "HAYIR" deyib - SİYAHI

Türkiyədə keçirilən referendumun nəticələri açıqlanıb. 

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, referendumun nəticəsi olaraq ölkə əhalisinin 50 faizindən çoxu konstitusiya dəyişikliyinə "Bəli" deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın səs verdiyi Üsküdar Saffet Çebi orta məktəbindəki 3248 saylı məntəqədə qeydə alınmış 409 seçicinin 354-ü səsvermə hüququndan istifadə edib. Səslərin 3-ü etibarsız sayılıb. Etibarlı səslərin 205-i "bəli", 146-sı "xeyir" olub.

Türkiyənin Milliyətçi Xalq Partiyasının sədri Dövlət Bağçalının səs verdiyi Anıttəpə orta məktəbindəki 1285 nömrəli məntəqədən 305 "xeyr", 57 "bəli" səsi çıxıb. Baş nazir Binəli Yıldırımın səs verdiyi məntəqədə də 175 "xeyr", 144 "bəli" səsi çıxıb. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun məntəqəsində isə 269 "xeyr"ə qarşı 95 "bəli" olub.

Ölkədən kənarda yaşayan türklərin 59,60-i "bəli", 40,40 faizi isə "xeyr" deyib.

Türkiyəyə yaxınlığı ilə bilinən bəzi ölkələrdə isə AKP hökumətinə "xeyr" deyiblər. Maraqlıdır ki, bu ölkələr içində Azərbaycan da var. "Xeyr" deyən ölkələr bunlardır.

1. ABŞ - 83%

2. Albaniya - 58%

3. Azərbaycan - 60%

4. Bəhreyn - 86%

5. BƏƏ - 90%

6. Böyük Britaniya - 81%

7. Bolqarıstan - 71%

8. Çin - 76%

9. Finlandiya - 71%

10. Cəzair - 57%

11. İraq - 65%

12. İran - 55%

13. İspaniya - 81%

14. İsveç - 62%

15. İsveçrə - 60%

16. İtaliya - 60%

17. Kanada - 73%

18. Qazaxıstan - 54%

19. Macarıstan - 74%

20. Polşa - 74%

21. Rusiya - 74%

22. Sinqapur - 55%

23. Türkmənistan - 56%

24. Oman - 76%

25. Yaponiya - 63%

26. Yeni Zellandiya - 82%

27. Yunanıstan - 76%.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru