Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
12:13
Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırılıb

Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota 1200-ə qaldırılıb.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O, kvotanın artırılmasına səbəb kimi QMİ-yə çoxsaylı müraciətlərin daxil olmasını göstərib.

QMİ rəsmisinin sözlərinə görə, əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər: “Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Fevral ayının 10-dan artıq sənəd qəbulu başlanılıb. Sənəd qəbulu iyulun 15-dək davam edəcək. Üç gün ərzində 9 nəfər sənəd verib. Onların heç biri təkrar gedənlər deyil”.

H.Babayev əlavə edib ki, bu il Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi əlavə 535 dollar ödəyəcək”

Ziyarət səfəri avqustun 14-dən 17-dək həyata keçiriləcək: “Qurban bayramının avqustun 22-də olması nəzərdə tutulub. Geri dönüş isə sentyabrın 1-dən gündə iki reys olmaqla sentyabrın 4-nə qədər baş tutacaq”.

Qeyd edək ki, 2017-ci il üçün Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılmış, müraciətlərin çoxluğu nəzərə alınaraq kvota 900-ə qaldırılmışdı. Ötən il Azərbaycandan gedənlərin ziyarəti üçün qiymət 3850 dollar idi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həcc ziyarəti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 08:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com