Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
11:14
996
Bu il də doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayını üstələyib

Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Məqalədə : körpə yeni doğulan uşaq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 19:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com