Tarix:12-01-2017 10:07
Bu il bizi nələr gözləyir?
Şərh yaz

“2016-cı il iqtisadi baxımdan Azərbaycan üçün çətin il oldu, buna rəğmən hökumət bu il də daxil olmaqla bundan sonra qeyri-neft sektorunun inkişafına hədəflənən fəaliyyətləri həyata keçirmək üçün artıq həm hüquqi, həm də maliyyə bazasına malikdir”.

Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial-iqtisadi məsələlərlə bağlı səsləndirdiyi fikirlərə münasibətində bildirib.

Ekspertin fikrincə, müşavirədə qeyd edilən əsas məqam bu oldu ki, 2016-cı il gözlənildiyi kimi asan olmadı: "Ölkə prezidenti bunu hətta 2015-ci ilin sonunda keçirilən müşavirədə də qeyd etmişdi. Çünki dünya bazarında neftin qiyməti aşağı idi, regiondakı əsas iqtisadi tərəfdaşlarımızda iqtisadi çətinliklər qalırdı və s. Bütün bunların fonunda ötən il Azərbaycan üçün asan keçmədi".

İqtisadçı bununla yanaşı hesab edir ki, bütün bu çətinliklərə baxmayaraq, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün fərqli bir il kimi yadda qaldı: "Onun əsas fərqliliklərindən biri odur ki, ötən il Azərbaycanda iqtisadi inkişafı stimullaşdıra biləcək və onun hədəflərini müəyyənləşdirəcək strateji yol xəritələri və strategiyalar qəbul edildi. Bu, çox vacib addım idi. Bunlar Azərbaycanın postneft dövrünə tamamən qədəm qoyduğu 2016-cı il və bundan sonrakı illərdə ölkə üçün postneft dövrünün hədəflərini müəyyənləşdirməyə şərait yaratdı. Bu baxımdan 2016-cı il Azərbaycanın növbəti illərdə inkişafını və onun hədəflərini müəyyənləşdirəcək il kimi yadda qaldı".

V.Bayramov qeyd edib ki, ötən il, həmçinin bank sektorundakı problemlər və onların aradan qaldırılması üçün görülən tədbirlərlə yadda qaldı: "Ötən il xüsusən bank sektorunda olan problemlər iqtisadiyyata təsirsiz ötüşmədi. Ölkədə 10 bankın müflis olması həm banklara olan inamı azaltdı və həm də kompensasiyaların ödənilməsi baxımından dövlət üçün əlavə öhdəliklər yaratdı. Müflisləşən banklarda əmanətlərin bir qisminin dollarda olması isə ölkədə dollara olan tələbatı artırdı, valyuta bazarına neqativ təsir göstərdi.

Müşavirədə o da qeyd olundu ki, bankların bir qisminin şəffaf işləməməsi və çevik idarəetmə mexanizmindən istifadə etməməsi halları var idi ki, bu baxımdan ölkə prezidenti tərəfindən 2017-ci ildə bankların sağlamlaşdırılması əsas hədəflərdən biri kimi götürülüb. Ona görə də Azərbaycan 2017-ci ilə fərqli iqtisadi hədəflərlə daxil olur. Mövcud hədəflər və həyata keçiriləcək fəaliyyətlər artıq strateji yol xəritəsində tam olaraq əksini tapıb. Ölkə prezidenti tərəfindən valyuta ehtiyatlarının qorunub saxlanması məsələsinin də qeyd edilməsi birbaşa onunla bağlı idi ki, valyuta ehtiyatlarının artması və qorunub saxlanması 2017-ci il də daxil olmaqla həmin ehtiyatlardan istifadə imkanları verəcək. Dövlət Neft Fondunun (DNF) büdcəsindən 7,5 milyard manatın ayrılmasının nəzərdə tutulması da birbaşa onunla bağlıdır ki, DNF ötən il aktivlərini artıra bildi, eyni zamanda Mərkəzi Bankın valyuta ehtiyatlarında kəskin fərqlər olmadı. Xüsusən də DNF-nun aktivlərinin qorunub saxlanması fonunda Fond həm büdcə transferlərini həyata keçirə biləcək, həm də Mərkəzi Banka dollar ifadəsində 4 milyarddan artıq dollar transfer edəcək ki, bu vəsait də birbaşa makroiqtisadi stabilliyin qorunub saxlanması üçün istifadə olunacaq. Bu praktiki olaraq o deməkdir ki, 2017-ci ildə əvvəllki illərdə formalaşmış rezervlərdən istifadə ediləcək. Bu isə liberal üzən məzənnə siyasətinə keçid baxımından vacib idi. Cari tələbin ödənilərək liberal məzənnəyə keçid nəticədə əks dollarlaşma prosesinin başlanmasına imkan verəcək".

Bu baxımdan Mərkəzin rəhbəri hesab edir ki, 2017-ci ildə mövcud şərtlər daxilində hökumətin həm valyuta bazarında, həm bütövlükdə real sektorda manevr imkanları fonunda daha geniş fəaliyyətlər həyata keçirmək üçün geniş resursları var: "Ona görə də 2017-ci ilin genişmiqyaslı islahatlar ili olacağı gözlənilir. Artıq yol xəritəsində də konkret olaraq 2017-ci il üçün kifayət qədər fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T
Teqlər :
Bu - il - bizi - nələr - gözləyir? -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:12-01-2017 10:07 - Oxundu: 242
İqtisadiyyat
21-01-2017 13:46 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
21-01-2017 14:37 Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Sərəncam imzalanıb
21-01-2017 11:07 Qızıl 4 dollar bahalaşıb
21-01-2017 11:02 Neftin qiyməti yenə artdı
21-01-2017 10:44 Beynəlxalq Bank dollarla əmanət qəbulu şərtlərini dəyişib
19-01-2017 17:13 Dolların sabaha olan MƏZƏNNƏSİ
19-01-2017 17:10 V.Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasını kəskin tənqid edib
19-01-2017 14:30 Üzən məzənnə rejiminə adapatasiya daha sakit gedir - RƏSMİ
19-01-2017 10:32 Daha bir bankın rəhbərliyində dəyişiklik gözlənilir
18-01-2017 22:11 Sosial evlər neçəyə olacaq? - MİDA rəhbəri açıqladı
18-01-2017 20:14 Dolların sabaha olan MƏZƏNNƏSİ
18-01-2017 16:47 Azərbaycanda siqaretin nağd satışı dayandırıldı - QİYMƏTLƏR QALXDI
18-01-2017 16:20 Vahid Ələkbərov "Lukoyl"un gələcək planlarından danışdı
18-01-2017 14:41 Azərbaycan və İslam İnkişaf Bankı arasında saziş imzalandı - FOTO
18-01-2017 14:19 Dolların məzənnəsi Azərbaycanda rekord qırıb - SON DƏQİQƏ
18-01-2017 12:12 2016-cı ildə hasil olunmuş neft və qazın həcmi açıqlanıb
18-01-2017 11:15 Banklarda dolların alış-satış qiymətləri- SİYAHI
18-01-2017 09:12 Neft bahalaşıb
17-01-2017 20:55 Azərbaycanda hasil olunan qızılın miqdarı AÇIQLANDI
17-01-2017 20:17 Dolların sabaha olan MƏZƏNNƏSİ
17-01-2017 16:03 Azərbaycanın bağlanmış banklarında Kreditorlar Komitəsi yaradılır
17-01-2017 15:53 BP rəhbəri yaxın iki il üçün neft qiymətlərinin proqnozunu verib
17-01-2017 12:11 SOCAR qazın qiymətinin artacağına ehyam vurdu: Zərərlə işləyirik
17-01-2017 11:15 Banklar Dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
17-01-2017 10:54 Səkkiz bankın 713 min manat məbləğində vergi borcu silinib
17-01-2017 09:30 Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
17-01-2017 09:23 Brent markalı neft ucuzlaşır
17-01-2017 09:15 Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır
16-01-2017 20:21 Dolların sabaha olan məzənnəsi açıqlanıb
16-01-2017 20:09 Dövlətə milyonlarla vergi borcu olan nazirliklər hansılardır?
16-01-2017 14:24 Azərbaycanın 2016-cı il ixracat statistikası açıqlanıb – azalmalar var
16-01-2017 14:23 Dolların qiymətində KƏSKİN BAHALAŞMA
16-01-2017 14:04 Azərbaycanda ötən il əhali ərzağa 15 milyard manat xərcləyib
16-01-2017 12:03 Azərbaycandakı kommersiya banklarına yeni göstəriş verilib
16-01-2017 11:02 Əmlaka yatırım, bank əmanəti, yoxsa istiqraz? – Hansı sərfəlidir?
16-01-2017 10:04 AMB-nin rəsmi valyuta məzənnələri - CƏDVƏL
16-01-2017 10:00 "Manat üçün külli miqdarda vəsait xərclənib"
16-01-2017 09:58 Neft bahalaşıb
14-01-2017 12:51 Ermənistan yenidən Azərbaycanın üzv olduğu beynəlxalq təşkilata üz tutdu
14-01-2017 11:37 Azərbaycan nefti ucuzlaşıb
14-01-2017 10:45 Qızıl 4 dollara yaxın ucuzlaşıb
14-01-2017 10:43 Neft ucuzlaşır
13-01-2017 15:43 Hansı bankdan nə qədər dollar almaq olar? - SİYAHI
13-01-2017 15:13 Mərkəzi Bankın ehtiyatı 9 illik minimum həddə düşüb
13-01-2017 12:51 Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlanıb
13-01-2017 12:01 Bəzi məhsulların qiyməti kəskin artdı
13-01-2017 11:37 Üç uşaq atasını qaçqınlar döyərək ölümcül hala saldılar - FOTO
13-01-2017 10:59 Dollardan rekord BAHALAŞMA - CƏDVƏL
13-01-2017 10:57 Azərbaycan investisiya qoyuluşu üçün əlverişli ölkə deyil - "Blomberg"
13-01-2017 09:51 Azərbaycan nefti 1 dollar bahalaşıb
13-01-2017 09:42 Mərkəzi Banka ayrılan 7,5 milyardı manat və banklar "yeyəcək"
13-01-2017 09:38 İqtisadiyyat Nazirliyindən benzinin bahalaşması ilə bağlı ilk AÇIQLAMA
13-01-2017 09:28 Neft bahalaşır
13-01-2017 09:16 Bakıda torpaq qiymətləri - yarım milyondan yuxarı
12-01-2017 22:55 Azərbaycanda benzin bahalaşdı - Aİ95=1.05 AZN
12-01-2017 18:36 Dolların sabaha olan məzənnəsi açıqlanıb
12-01-2017 14:23 Yeni formatda ilk valyuta hərracı keçirilib
12-01-2017 12:57 Dörd faizlik marjanın ləğvi “qara bazar”ı ağardacaq...
12-01-2017 12:04 Azərbaycanda bu gün dollar təlatümü yaşana bilər
12-01-2017 10:07 Bu il bizi nələr gözləyir?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Tramp Ağ Evə gedərkən nümayişçilər limuzin yandırdılar - Video
21-01-2017 11:00
Bill Klinton yenə kiməsə baxırdı: Hillarinin qısqanma səhnəsi - Video
21-01-2017 13:40
Siqaret çəkənlər bu xəbərə sevinməyəcək
21-01-2017 11:11
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Sərəncam imzalanıb
21-01-2017 14:37
Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür
21-01-2017 11:15
Məktəb avtobusu qəzaya düşüb: 7 uşaq diri-diri yanıb - VİDEO
21-01-2017 12:50
Türkmən polisi siqaret növbəsində duranları sorğu-sual edir
21-01-2017 10:10
Beynəlxalq Bank dollarla əmanət qəbulu şərtlərini dəyişib
21-01-2017 10:44
Şaxta olacaq, yollar buz bağlayacaq
21-01-2017 12:38
ANS-in keçmiş aparıcısı ölkəni tərk edir
21-01-2017 09:53
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az