Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
11:56
Bu il 193 nəfər İİV-ə yoluxub, 16 nəfər ölüb

"Bu ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 193 nəfər təşkil edib. Onlardan 188-i Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir".

Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib. O bildirib ki, qeydiyyata alınmış 188 Azərbaycan vətəndaşından 123-ü kişi, 65-i qadındır: "Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. Bu ilin 4 ayında İİV infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub".

E. Muradov qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşlarından 23 nəfəri parenteral kontakt, 89 nəfəri heteroseksual kontakt, 10 nəfəri homoseksual kontakt, 2 nəfəri anadan uşağa ötürülməklə İİV-ə yoluxub, 64 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir. (apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : QİÇS 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 03:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com