Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
12:55
365
Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri (HHQ) günü qeyd olunur.

FaktXəbər-in məlumatına görə, 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həmin ilin sentyabrında imzaladığı fərmanla 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.

Bildirək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərin birində həlak olub. Maraqlıdır ki, müasir dövrdə Azərbaycan ordusunda olan ilk qırıcı təyyarə baş leytenant Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq ölkəmizə gətirdiyi “Su-25” təyyarəsi olub. Belə ki, 1992-ci ilin aprelin 8-də baş leytenant V.Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.

Az sonra “Nasosnı” - indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-in ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib.

1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-in dirçəldilməsinə sərf edilib. 2008-2010-cu illər ərzində isə HHQ-in aviaparkı müasirləşdirilib.

Hazırda Azərbaycan HHQ-in pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

Məqalədə : Hərbi Hava Qüvvələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
151

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
133

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1128

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
127

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
674

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
701

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
264
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 20:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru