Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Mart

2017
16:47
3194
Bu erməni Bakıda şirkət açıb pul qazanmaq istəyir
Akif Nağı erməni şirkəti ilə bağlı prezidentə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ermənilərə məxsus “Yandex” şirkətinin Azərbaycanda fəaliyyətə başlamaq niyyətinin qarşısının alınması üçün prezident İlham Əliyevə müraciət göndərib. Bu barədə QAT mətbuat xidmətindən FaktXəbər-ə daxil olan müraciətdə deyilir: Ermənilərin nəzarətində olan “Yandex” şirkətinin Azərbaycana müdaxilə etmək cəhdi ilə bağlı Sizə müraciət edirik. Mətbuatda gedən məlumatlara görə, bu şirkət Azərbaycanda “Yandex” xidmətlərini, xüsusilə də “Yandex. Taksi” xidmətini təşkil etmək istəyir. Məlumatda şirkətin Bakıda nümayəndəliyinin açılması üçün sənədləşdirmə işlərinin artıq başa çatdığı da bildirilir.

Bu şirkət Rusiyada qeydiyyatdan keçib, amma tam ermənilərin nəzarətindədir. Şirkətin təsisçisi və baş direktoru qatı erməni daşnakı Tiqran Xudaverdiyandır. O, İrəvanda anadan olub, işğalçı Ermənistan rejimi ilə sıx bağlıdır, həmişə Ermənistanı təbliğ edir, uydurma “Böyük Ermənistan” ideyasının tərəfdarlarındandır, vaxtaşırı Ermənistanda geniş xeyriyyə tədbiləri keçirir. O cümlədən, erməni uşaqları üçün pulsuz məktəblər açır, bu tipli digər tədbirləri həyata keçirir. “Yandex” şirkətinin əsas ofislərindən biri İrəvanda yerləşir.Erməni şovinisti Tiqran Xudaverdiyanın Azərbaycanda iş açması, burada şəbəkə yaratması yolverilməzdir. Onun burada qazanacağı pullardan anti-Azərbaycan təbliğatında istifadə edəcəyi heç kəsdə şübhə doğurmamalıdır. Digər tərəfdən, erməni şirkətinin burada açılması Azərbaycanın informasiya təhlükəsizliyinə ciddi təhdiddir. Görünür, ermənilər hansısa azərbaycanlı məmurları aldadaraq bu işə təhrik ediblər. Bu təhlükəli və bütün Azərbaycan xalqı, şəhidlərimizin ruhu üçün təhqiramiz prosesin qarşısını almaq yalnız Sizin imkanlarınız daxilindədir. Xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz, təcili tədbirlərin görülməsi üçün tapşırıqlarınızı verəsiniz. Öz növbəmizdə bildiririk ki, bu erməni şirkətinin Azərbaycanda fəaliyyətinə imkan verməmək üçün bütün vasitələrdən istifadə edəcəyik."

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Şərhler
Habil Abbasov tarafından 06-03-2017 15:41:29 Tarihinde yazıldı
Yandex xidməti
Bu məlumatı oxumuşdum,amma inanmırdım ki,bu qədər alçaqlığa yol verilər.Birmənalı olaraq ermənilərnən heç bir sahədə əlaqə qurmaq olmaz.Hətta idmanda belə.Nə qədər qeyrətsiz olasan ki,erməni şirkətinə gəlir verəsən dolayısı ilə silaha xərclənən pullarla qəhrəman oğullarımız vurula.Bu gün bir Azərbaycan şirkətinin də ermənistanla əlaqə qurduğunu oxudum.Buna gedən insanlar erməni qarışığı olanlardır.Sual verirəm onda nə üçün qırılır kasıb balaları? Alçaqların erməni əsilli olanların alveri üçün? MƏN İNANMIRAM Kİ,PREZİDENTİMİZ BUNA İCAZƏ VERSİN.Qanı bu millətin qanından olan hər kəs buna qarşı çıxsın
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru