Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
15:37
863
Bu dəmir yığınından uzanan əli görən şahidlər şoka düşdülər – VİDEO

Braziliyadan olan 35 yaşlı hakim dəhşətli qəzaya düşüb: Onun gümüşü "fiat -punto"su iki yük maşının arasında sıxışıb qalıb. FaktXeber.com-un The Sun-a istinadla verdiyi məlumata görə, hadisə Belu-Orizonti şəhərinə gedən yolda baş verib. 

Bildirilir ki, Kardaso yolda gedərkən qarşısındakı yük maşhınının sürücüsü təhlükəli vəziyyətlə əlaqədar ani əyləcə basmalı olub. Davi də əyləci basıb. Lakin ondan arxada gələn ağ yük maşınının sürücüsü dayana bilmir və minik avtomobili saniyələr içində iki yük maşının arasında dəmir parçasına çevrilir.

Hadisə şahidləri dəhşət içində qəza yerinə tərəf qaçırlar. Lakin bu an baş verənlər onları daha çox şoka salır. Belə ki, həmin dəmir yığının içindən bir əl uzanır və bir səs onu maşından çıxarmaları üçün yardım istəyir. Bununla belə hadisə şahidləri xilasedicilər gələnə kimi henç nə edə bilmirlər, xilas etmə əməliyyatının özü isə 3 saat çəkir.

Davinin həyatı sükanın altındakı dar yerə girməklə xilas olub. Yük maşınları arasında cəmi 30 sm yer var idi – "fiat"ın sürücüsü tərpənə bilməsə də, xilasediciləri gözləyə bilib. Bu müddət ərzində ara-ara huşunu itirsə də, həyati təhlükəsi olan travma almayıb. Xəstəxanaya isə o, çanaq və ayaq sınığı ilə daxil olur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 07:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru