Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
13:06
681
Bütün dünyanın həsrətlə gözlədiyi layihə… FIRILDAQ İMİŞ - VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, ötən il dünyaya səs salan «antitıxac» avtobusu fırıldaq çıxdı. 

Çin polisləri  artıq avtobusu hazırlayanları saxlayıb. Sən demə, bütün layihə  fırıldaq üçün örtük imiş, yeni nəqliyyat isə  Şanxayın kənarında atılmış vəziyyətdə qalıb.

Xatırlaq ki, 2016-cı ildə prezentasiyası olan nəqliyyat vasitəsi relslərin üzəri ilə hərəkət etməli, salon isə  yolun üzərində olmalı idi. Belə bir qərar, yolun yükünü götürə bilərdi. Prezentasiya vaxtı hər şey mükəmməl görünürdü: avtobusun tutumu 1000 sərnişinlik idi. Modelin qabaritləri isə belə idi: uzunluğu 22 metr, eni 7,8 metr, hündürlüyü isə 4,8 metr (bunun 2,1 metri yol örtüyündən avtoböusun döşəməsinə qədər olan məsafə idi).

Nəqliyyat vasitəsi4,5 milyon dollar dəyərləndirilirdi. Bildirilirdi ki, avtobus elektromotorla hərəkət edəcək. Yeni layihə Çində, hətta  Fransa, Braziliya, İndoneziya və Hindistanda da böyük marağa səbəb olmuşdu.

Lakin avtobus sınaq yolunda yarım ildən çox qaldı, reysə çıxa bilmədi.

İstintaq müəyyən edib ki, yeni nəqliyyatın hazırlanması fırıldaq imiş. Layihəçilər  investorlardan 1,3 milyard dollar  toplasalar da, yeni avtobus yaratmağı düşünməyiblər. Hazırda 70 sponsor dələduzluq faktı ilə hüquqmühafizə orqanlarına müraciət edib.

Məqalədə : tıxac avtobus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru