Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
10:56
Bütün Amerika göydələni fəth etmək istəyən bu yenotu izləyir - VİDEO

Amerikanın Minnesota ştatının  Sen-Pol şəhərində yenot divarla üzü yuxarı hərəkət edərək göydələnin 23-cü mərtəbəsinə qədər çıxıb. Yüksək mərtəbəli binaya "hörümçək adam" kimi dırmaşan heyvanın taleyi ölkənin bütün sakinlərinin diqqətini çəkib.

FaktXeber.com-un The Washington Post-a istinadla verdiyi məlumata görə, yenot əvvəlcə divarla bir neçə mərtəbə qalxıb, sonra daha bir neçə mərtəbə dırmaşaraq bir pəncərənin qarşısında yerini rahatlayıb. Günortadan sonra heyvan artıq 23-cü mərtəbədə dincəlirdi.

Tezliklə yenot Amerikada "1 nömrəli nyusmeyker" (haqqında çox danışılan, adı mətbuatın ilk səhifələrində gedən – red.) olur. CBS telekanalı hətta hadisə yenrindən canlı yayım başladıb. Sakinlər heyvanı öz smartfonlarına çəkiblər.

Hadisə sosial şəbəkə istifadəçilərinin də dəiqqətini çəkib. Məlum olub ki, binada pəncərələr açılmır, bu səbəbdən xilasetmə işləri damdan aparılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yenot 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com