Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
15:21
İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir

FaktXeber.com-un məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir.

Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi müəllimlərdə sinfin idarəedilməsi üzrə zəruri bilik və bacarıqlar formalaşdırmaq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması istiqamətində dəstək vermək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.

“İbtidai təhsil səviyyəsində sinfin  idarəedilməsi” adlı ilk təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəllimin iştirakı nəzərdə tutulub.

Təlimlərdə sinfin idarəedilməsi, şagirdlə davranış qaydalarının təkmilləşdirilməsi, valideynlərlə səmərəli ünsiyyət qurmaq, tədris prosesinin effektiv təşkili kimi mövzulara toxunulur.

Praktik, interaktiv metod və strategiyalar əsasında keçirilən təlimlərdə ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən keçiriləcək. Yekun qiymətləndirmənin  nəticələrinə əsasən, ibtidai sinif  müəllimlərinə ixtisasartırma  təhsili  haqqında sertifikat təqdim olunacaq.

Qeyd edək ki, “İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi” üzrə ixtisasartırma təlimləri başa çatdıqdan sonra “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi  metodikası” adlı  ixtisasartırma təlimlərinə start veriləcək.

Məqalədə : ixtisasartırma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48105

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46152

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47815

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47411

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52963

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47420
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 06:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru