- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Dekabrın 8-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.
İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma setifikatları təqdim olunacaq.
Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Onu da qeyd edək ki, 2018-2019-cu tədris ilində paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan müəllimlər üçün mentor xidmətindən yararlanmaq imkanı yaradılıb. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərdə, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərmək və qrup müzakirələri təşkil etmək üçün müəyyən olunublar.
- 22-02-2019 11:05 Bakı Modern Məktəbi bağlanır?
- 22-02-2019 09:30 Kolleclərə tələbə qəbulu elan edilib
- 22-02-2019 09:14 Yeni təyin olunan direktorların siyahısı açıqlanıb
- 22-02-2019 08:58 Kimlər müəllim işləyə bilməz? - SİYAHI təsdiqləndi
- 21-02-2019 16:35 Bakıda qadın müəllimlər dava edib, cinayət işi başlanılıb
- 21-02-2019 15:25 DİM: Magistraturaya qəbul imtahanında 12685 bakalavr iştirak edəcək
- 21-02-2019 14:20 Sınaq imtahanının nəticələri açıqlanıb
- 21-02-2019 11:24 Qəbul imtahanlarının vaxtları BU SƏBƏBDƏN dəyişdirildi
- 21-02-2019 09:34 DİM imtahanların vaxtını dəyişib
- 20-02-2019 18:17 Magistr olmaq istəyənlərə şad xəbər
- 20-02-2019 11:11 Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub
- 20-02-2019 10:43 DİM gürcü dilini bilən mütəxəssis axtarır
- 19-02-2019 15:55 Orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
- 19-02-2019 10:59 Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub
- 15-02-2019 10:33 Təhsil nazirindən abituriyentlərə və tələbələrə şad xəbər - VİDEO
- 15-02-2019 10:06 DİM buraxılış imtahanı keçirəcək
- 14-02-2019 20:53 Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb
- 14-02-2019 14:25 Bakalavriat səviyyəsi üzrə 70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib
- 14-02-2019 10:12 Rezidenturaya qəbul elan edilib
- 13-02-2019 16:10 BDU məzunları üçün müsabiqə elan etdi
- 13-02-2019 14:53 Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI
- 13-02-2019 14:50 Məleykə Abbaszadə repetitorları ittiham etdi
- 13-02-2019 10:04 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- 12-02-2019 11:42 Dillər Universiteti açıqlama yayıb
- 12-02-2019 10:11 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb