Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
20:17
Brüsseldə Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

FaktXəbər-in məlumatına görə, Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirib.

Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını çatdırıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulanıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 15:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com