Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Aprel

2017
11:12
1917
Britaniyalı fermer sovet tankında 2,5 mln.-luq qızıl tapıb - FOTO

Britaniyalı kolliksioner  Nik Mid  eBay-dan 37 min dollara aldığı Sovetlərə məxsus T-54 tankının yanacaq çənində 5 qızıl külçə aşkarlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The Sun xəbər yayıb.

Mid  döyüş sursatları axtarmaq üçün tankı sökərkən  qızıllara rast gəlib. O, tankın yanacaq çəninin qapağının altında hər biri 5 kq olan  qızıl külçə aşkarlayıb. İlki qiymətləndirməyə görə, onlar 2,5 milyon dəyərindədir.

«Biz nə edəcəyimizi bilmirdik. Axı əlində  5 qızıl külçəsi ilə sadəcə banka yaxınlaşmaq olmaz. Bu səbəbdən polisə müraciət etdik», - deyə Mid vurğulayıb.

Polis qızılları müsadirə edib. «Mən bu qızılların  bir hissəsini belə almasam, gözəl tankım məndə qalır», - deyə Mid bildirib.

Kolliksoner  vurğulayıb ki, aldığı tank  İraq Silahlı Qüvvələrinə məxsus olub və 90-cı illərin əvvəlində Fars körfəzində müharibədə iştirak edib. Sonra Beynəlxalq Koalisiya Qüvvəlinin əlinə keçib  və Böyük Britaniyaya gətirilib.

Mid hesab edir ki, iraqlı əsgərlər  Küveytin xəzinəsindən aldıqları qızılları tankın çənin altında gizlədib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru