Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 İyul

2017
16:05
1268
Bəqi qəbiristanlığının dağıdılmasından 92 il keçir

Şəvval ayının əvvəlində olan Fitr bayramını günbəgün geridə qoyduqca, şəvval ayı başlanğıcda bizi bayram və sevinclə qarşıladığı kimi, ayın ortaları və yekunları çox hüznlü tarixlərlə səciyyələnir.

Şəvval ayının 8-i – vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması.

Şəvval ayının 15-i Ühüd müharibəsində Həzrət Həmzənin (ə) şəhadəti.

Şəvval ayının 25-i İmam Cəfər Sadiqin (ə) şəhadəti.

Şəvval ayının 8-ci günündəyik. Bu tarix 1344-cü hicri-qəməri və 1925-ci miladi tatixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.

Bildiyimiz kimi, Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir. “Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmül-Gülsüm, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr – o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyd, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur.

Bu məkanda Peyğəmbərin (s) nəvəsi: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin (ə) qəbirləri yerləşir.

Tarixən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.

Birinci dəfə 1800-cü ildə (hicri 1221-ci il) vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.

Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli paşaya Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci dəfə isə hicri 1923-cü ildə (hicri 1344-cü il şəvval ayının 8-i ) ibn Səud yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.

Hazırda da həmin qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.  İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi dəfələrlə qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, qəbirlərin bərpa edilməsini tələb edir.

Məqalədə : Bəqi qəbiristanlığı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru