Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
10:51
2299
Bəqi qəbiristanlığının dağıdılmasından 94 il keçir

Şəvval ayının əvvəlində olan Fitr bayramını günbəgün geridə qoyduqca, şəvval ayı başlanğıcda bizi bayram və sevinclə qarşıladığı kimi, ayın ortaları və yekunları çox hüznlü tarixlərlə səciyyələnir.

Şəvval ayının 8-i – vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması.

Şəvval ayının 15-i Ühüd müharibəsində Həzrət Həmzənin (ə) şəhadəti.

Şəvval ayının 25-i İmam Cəfər Sadiqin (ə) şəhadəti.

Bu gün şəvval ayının 8-ci günüdür. Bu tarix 1344-cü hicri-qəməri və 1925-ci miladi tatixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması XX əsrin cinayətləri sırasında yer alır.

Bildiyimiz kimi, Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir. “Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmül-Gülsüm, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr – o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyd, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur.

Bu məkanda Peyğəmbərin (s) nəvəsi: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin (ə) qəbirləri yerləşir.

Tarixən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.

Birinci dəfə 1800-cü ildə (hicri 1221-ci il) vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.

Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli paşaya Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci dəfə isə hicri 1925-ci ildə (hicri 1344-cü il şəvval ayının 8-i ) ibn Səud yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.

Hazırda da həmin qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.  İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi dəfələrlə qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, qəbirlərin bərpa edilməsini tələb edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
83

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
82

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
89

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
85

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
97

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
109

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
111

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
212

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
248

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
233
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 17:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru