Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2019
16:33
1028
`Botanika bağı`na yeni direktor seçildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri bölməsinin ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi akademik Əhliman Əmiraslanov, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın professorları, büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Gündəlikdə yer alan məsələlərlə bağlı iştirakçıları məlumatlandıran akademik Əhliman Əmiraslanov “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalı, eləcə də bölmənin digər dövri nəşrlərinin alimlərimizin əldə etdikləri mühüm elmi tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılması və elmin təbliği baxımından əhəmiyyətindən danışıb və həmin nəşrlərin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən söz açıb. İclasda “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti nömrədən başlayaraq “Həyat elmləri və biotəbabət” adlandırılması qərara alınıb.

Sonda AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər. Seçkilərin nəticələrinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Məqalədə : Botanika 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
487

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
584

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1116

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
707

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru