Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Suriyalı terrorçular Bolqarıstan silahından istiafadə edr. FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə "Trud" qəzeti məlumat verib. Nəşr bildirir ki, Suriya üçün növbəti silah partiyası aprelin 4-də Bolqariyanın Burqas limanından Danimarka bayrağı altında üzən "Marianne Danika" gəmisində Səudiyyə Ərəbistanında Ciddə limanına çatdırılıb.
"Trud" vurğulayır ki, son bir ayda Bolqarıstan silahı ilə yüklənmiş gəmi Səudiyyə Ərəbistanına iki reys edib və Bolqarıstana yeni bağlama üçün qayıdıb.
Qəzet silahın istehsal olunduğu "VMZ-Sopot"hərbi zavoduna sorğu göndərsə də, cavab almayıb. Sofiya şəhərində Səudiyyə Ərəbistanı səfirliyində də suala cavab verilməyib, sadəcə onu bildiriblər ki, Krallıq ordusu qərb silahlarında istifadə edir.
Nəşr müəyyən edib ki, "VMZ-Sopot" Amerikanın sifarişlərini həyata keçirən ABŞ-ın iki kompaniyası - Chemring və Orbital ATK ilə silah sazişi barədə müqaviləsi var.
Chemring 2016-cı ildə ABŞ və müttəfiqləri üçün Amerika standartlarına uyğun gəlməyən 47 milyon dollar dəyərində iki müqavilə alıb, Orbital ATK isə 2017-ci ilin yanvarın 27-də 50 milyon dollar dəyərində silah alınması barədə saziş imzalayıb.
"Trud" vurğulayıb ki, Amerika kompaniyalarına silah çatdırılması qeyri-standart silah-sursatın əldə olunması proqrammı əsasında aparılır.
Azad Suriya Ordusunun komandirlərindən biri Malik əl-Kardi qəzetə müsahibəsində deyib ki, Suriyaya silahlı dəstələr üçün silahlar 15 dövlət nümayəndəsinin iştirakı ilə xüsusi Qərargah vasitəsi ilə çatdırılır.
"Türkiyə və İordaniyada 15 dövlətdən ibarət xüsusi xidmət nümayəndələrinin qərargahı var. Silahlar bu qərargahlar vasitəsi ilə çatdırılır. Necəsi bizi maraqlandırmır, əsas odur ki, silah var. Biz amerikalıları və avropalıları bilərəkdən xəbərdarlıq etdik ki, "Azad Ordunun" Baş Qərargahı vasitəsi ilə bu silahlar Qərb tərəfindən terrorçu kimi tanınan təşkilatlara da çatdırıla bilər", deyə o bəyan edib. Dəqiqləşdirimiş suala cavab verərkən o, vurğulayıb ki, Silahla Təchiz etmə Qərargahı ABŞ, Böyük Britaniya, Fransa və Fars körfəzi ölkələrinn xüsusi xidmət orqanlarının nəzarəti altındadır.
QALMAQAL TƏKRARLANIR
Ötən ilin dekabr ayında "Trud" əməkdaşları Hələbdə olublar və terrorçuların anbarlarında Bolqarıstanda istehsal olunan iri kalibrli pulemyotlar üçün 2 milyon patron və yaylım atəşli QRAD sistemi üçün 4 min raket aşkarlamışdılar.
Məlum olmuşdu ki, silah-sursatların təchizatçısı Bolqarıstanın Lyaskoveç şəhərindən "Arkus" silah kompaniyası, istehsalçısı isə "VMZ Sopot" hərbi zavodudur.
Həmin vaxt Balkan ölkəsinin XİN rəhbəri olan Daniel Mitov bəyan etmişdi ki, Bolqarıstan silahların satılması standartlarına tam riayət edir və 2011-ci ildən Suriyada münaqişə başlayandan bəri ora silah ixrac etmir.
Bolqarıstan silahının rəsmi satıcısı olan "Arkus" kompaniyasının icraçı direktoru Banko Bankov isə kompaniyanın Suriya ilə ticarət əlaqələrində olmadığını əmin edirdi.
- 19-04-2018 16:13 İraq aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib
- 19-04-2018 12:15 ABŞ Suriyada təkfirçi muxtariyyət yaratmaq istəyir
- 19-04-2018 12:10 Ukraynalı deputatlar efirdən sonra dalaşdılar - VİDEO
- 19-04-2018 11:48 Ermənistan prezidenti Avropa Birliyi ilə ratifikasiya qanunu imzalayıb
- 19-04-2018 11:26 Ukraynada işıqforun sarı siqnalı ləğv olunur
- 19-04-2018 10:36 İspaniyada ETA terrorçuları təşkilatı buraxır
- 19-04-2018 10:25 Trampın "ağıllı raketləri" Moskvaya çatdı
- 19-04-2018 10:07 Qırğızıstan parlamenti hökumətə etimadsızlıq göstərib
- 19-04-2018 09:44 İrəvanda etirazçılar Hökumət Evinin qarşısına toplanır-VİDEO
- 19-04-2018 09:44 Tramp Kim Çen Inla bu ölkədə görüşə bilər
- 19-04-2018 09:24 Telegramdan sonra Facebook da qadağan olunur
- 18-04-2018 18:49 Həsən Ruhani: Bizim gücümüz qonşularımıza qarşı yönəlməyib - FOTO
- 18-04-2018 16:59 Suriyada Ceyş Əl-İslam Dumeyri tərk edir-FOTO
- 18-04-2018 16:44 BMT-nin sülhməramlı missiyası Dumada atəşə tutulub
- 18-04-2018 16:12 Rəqqa əhalisindən ABŞ-a: Torpağımızdan rədd ol - VİDEO
- 18-04-2018 16:03 Konqresmenlər Trampdan Yəmən müharibəsini dayandırmağı tələb edirlər
- 18-04-2018 15:48 İrəvanda narazı kütlə meriyanı mühasirəyə alıb - VİDEO
- 18-04-2018 14:59 Kastro ailəsi 60 ildən sonra prezident postunu tərk edir
- 18-04-2018 14:15 Çin 59 ölkə üçün viza rejimini ləğv edib
- 18-04-2018 12:47 Dumada terrorçuların kimyəvi laboratoriyası tapılıb - VİDEO
- 18-04-2018 12:22 Ankarada böyük əməliyyat: 16 polkovnik həbs olundu
- 18-04-2018 12:06 ABŞ Dövlət Departamenti erməni nümayişçiləri dəstəklədi
- 18-04-2018 11:56 İraq məhkəməsi 3 Azərbaycan vətəndaşına edam hökmü verdi
- 18-04-2018 11:39 "ABŞ Pakistandan salfet kimi istifadə edib"
- 18-04-2018 11:04 Əfqanıstanda polis məntəqəsinə hücum olub

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
19-04-2018 17:52
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]