Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
12:43
BNA tıxacın qarşısını almaq üçün dayanacaqların yerini dəyişdirir

"Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir".

Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

"Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq", - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BNA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com