Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 İyul

2017
14:07
825
BNA: Şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq

“Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin artması şəhərdaxili sərnişin avtobuslarının gediş haqqı qiymətinə təsir etməyəcək.

FaktXəbər-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-a deyib.

O bildirib ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin artmasına baxmayaraq, şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir və benzinin qiymətinin artması yalnız fərdi avtomobilləri olan şəxslərə təsir edə bilər. İctimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunduğuna görə bu sahədə qiymətlər sabit qalacaq.

Qeyd edək ki, iyulun 14-də Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il iyulun 15-dən qüvvəyə minib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru