Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2017
11:10
1823
BMT sülhməramlıları azyaşlılara təcavüz edirmiş - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, BMT-nin stabillik yaratmaq üçün Haitidə yerləşdirdiyi sülhməramlılar 15 oktyabrda ölkəni birdəfəlik tərk edəcək. Bu qərar Təhlükəsizlik Şurasında qəbul olunub.
 
Haitidə sülhməramlı missiya yerinə yetirən hərbçilərin ölkədən çıxarılmasına səbəb isə onların azyaşlılara qarşı kütləvi surətdə təcavüz hallarına yol verməsidir. Minlərlə azyaşlı qız və oğlanlar, həmçinin qadınlar sülhməramlıların seksual qurbanına çevriliblər.
 
Haitidə təcavüz faktını ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli də etiraf etməyə məcbur olub. O, Təhlükəsizlik Şurasında çıxış edərkən deyib: "Etiraf etməliyik ki, 12-15 yaşları arası kimsəsiz yarıac uşaqlar hər gün sülhməramlılar tərəfindən bişirilmiş şeylər və digər ərzaqla aldadılıblar. Bu yeməyə görə əvəz isə cinsi zorakılıq olub".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2018 08:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status