Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
22:51
1579
BMT rəsmisi İrana qarşı sanksiyaların əleyhinə çıxdı

"Əslində, İranın ticarət əlaqələrini iflic etməyə yönələn beynəlxalq sanksiyalar mülki əhaliyə qarşı iqtisadi müharibədir. Odur ki, belə iqtisadi embarqo dövründə əhalinin qorunması üçün tədbirlər görülməlidir".

RİA “Novosti” xəbər verir ki, bu fikirləri BMT-nin İnsan Hüquqları Şurasının Sanksiyaların insan haqlarına təsiri üzrə xüsusi məruzəçisi İdris Cəzayiri ABŞ tərəfindən İrana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini şərh edərkən səsləndirib.

O, ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra istisna tətbiq ediləcəyi humanitar yüklərin və gündəlik istehlak mallarının da İrana gətirilməsində çətinliklərin olduğunu vurğulayıb.

Belə ki, sanksiyalarla bağlı bank, sığorta və nəqliyyat şirkətləri üçün əlavə razılıq mükəlləfiyyəti qoyulduğu üçün ərzaq məhsullarının və dərman preparatlarının çatdırılması yubadılır. Həmçinin bəzi İran banklarının SWIFT sisteminə beynəlxalq köçürmələr üçün girişinin bağlanması müəyyən məhsulların sanksiyalardan çıxarılmasını mənasızlaşdırır, çünki həmin məhsullar üçün artıq ödəmələr mümkün deyil.

“Sanksiyaların kasıb zümrələr üzərində fəsadlar yaratmasından narahatam. İqtisadiyyat zərər çəkdikcə daha çox insan işini itirir. Dövlətlərin öz aralarında razılaşa bilməməsinə haqları var, amma sıravi insanların hüquqlarının pozulması dövlətə qarşı siyasi təzyiq aləti kimi istifadə oluna bilməz. Bu, insan hüquqları sahəsində beynəlxalq hüquq normaları baxımından qanunsuzdur”, - deyən BMT rəsmisi İrana ərzaq, dərman preparatı və başqa humanitar yüklərin maneəsiz çatdırılması üçün vasitəçilik təklifini də irəli sürüb.

Məqalədə : İdris Cəzayiri ABŞ İran sanksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
262

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
122

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
122

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
578

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
137

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
279

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
230
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 08:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru