Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Mart

2017
11:08
723
BMT elçisi Suriya danışıqlarının dayandırılmamasına çağırıb

BMT Baş Katibinin xüsusi elçisi Staffan de Mistura martın 23-nə Cenevrədə təyin olunmuş Suriya müzakirələrinin  pozulmamasına çağırıb. FaktXəbər-in TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, çərşənbə günü Dəməşqdə baş verən silsilə terror aktlarına münasibət bildirərkən deyib. O, bu partlayışları  siyasi danışıqları pozma cəhdi kimi qiymətləndirib.

Suriya münaqişələrinin başlanmasının 6-cı ildönümünə təsadüf edən terror aktları barədə yaydığı bəyanatda deyilir: «Bu hücumlar heç bir günahı olmayan insanların ölümü ilə nəticələndi. Bu hücumlar həmçinin  siyasi prosesin möhkəmlənməsinə mane olmaq üçün hədəflənib».

De Mistura  Suriyanın  hər bir bucağında mülki vətəndaşlara  qarşı hücumları dayandırmağa və atəşkəs rejiminə riayət etməyə çağırıb: «Astana görüşlərindən sonra və Cenevrə danışıqları ərəfəsində  siyasi treki pozmağa çalışanlara imkan vermək olmaz».

Qeyd edək ki, martın 15-də Dəməşqdə baş verən terrorda qurbanların sayı 35 nəfər  həlak olub. Bir nəfər özünü Hamidiyə bazarı yaxınlığında olan Ədliyyə Sarayında partladıb. Daha sonra paytaxtın  qərbində  ikinci terror həyata keçirildi.

Suriya problemləri ilə əlaqədar Qazaxıstanın paytaxtı Astanada martın 14-15-də görüş keçirilib. Cenevrədə  BMT-nin  eqidası altında müzakirələr isə martın 23-nə təyin olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 15:48

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru