Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

12 Aprel

2017
15:46
402
BMT: Dünyada 30 milyon narkotik istifaçəsi var

FaktXəbər-in verdiyi məlumata görə, dünya əhalisinin təxminən 30 milyonu narkotik vasitələrdən istifadə edir. Bu barədə BMT baş katibinin müavini Yuri Fedotov RF İctimai Palatası tərəfindən Moskvada təşkil olunmuş beynəlxalq konfransda məlumat verib. O, əlavə edib ki, dünyada hər il 200 min insan narkotik vasitələrdən istifadə etdiyi üçün həyatını itirir.
 
"30 milyon arasında 11 milyonu inyeksiya üsulu ilə narkotik maddələrdən istifadə edir, 14% HİV, 52% isə hepatit C virusunun daşıyıcısıdır",-deyə Yuri Fedotov vurğulayıb.

BMT rəsmisinin sözlərinə görə, narkotik alveri cinayətkar qruplaşmalara dünyada ümumi daxili məhsulun təxminən 3,6% həcmində gəlir gətirir: "Təkcə Avropa İttifaqında narkobaronların gəliri 24-28 mlrd dollar təşkil edir".

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com