Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

12 Sentyabr

2017
09:55
463
Bələdiyyə sədri 3000 manat cərimələnib

Tullantıların idarə olunmamasına görə bələdiyyə sədri cərimə olunub. Bu barədə FaktXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

ETSN-nin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi aşkar edilib.

Faktla bağlı sözügeden ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Seyidbazar bələdiyyəsinin sədri İnqilab Abdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru