Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Dekabr

2016
13:02
860
Biz unutqan xalqıq
Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə bəraət istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Akif Əlibəyovun, Qəzənfər Novruzov və Ağacavad Məmmədovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Digər təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Proses yanvarın 10-da davam edəcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətlərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror yanan binanın üzlənməsində istifadə edilən “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun 10  il, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzovun 7 il,  "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovun 7 il, Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin sabiq rəisi Nizami Orucovun 5 il, "Dərnəgül Boru" Zavodunun laboratoriya sabiq rəhbəri Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il  müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Xatırladaq ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə : Biz unutqan xalqıq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 21:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru