Tarix:23-02-2017 10:11
Birinci devalvasiyadan ötən 2 ildə nələr itirdik, nələr qazandıq...
Şərh yaz
Bank və iş sektorunda durum pisləşdi, bəzi xarici şirkətlər ölkədən getdilər, əhalinin gəlirləri azaldı; yeganə müsbət cəhət iqtisadiyyatda islahatlara başlanılmasıdır...
 
2015-ci il fevralın 21-də baş verən devalvasiyadan iki il ötür. İki il öncə Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi. Milli valyuta ABŞ dollarına nisbətdə 30% ucuzlaşdı.
 
Mərkəzi Bank bu qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə həyata keçirdiyini izah etdi. Lakin 1999-cu ildən sonra milli valyutanın sabit məzənnəsinə, yaxud məzənnə ilə bağlı kiçik dəyişikliklərə öyrəşmiş azərbaycanlılar, eləcə də maliyyə bazarları üçün bu qərar şok effekti verdi.
 
Bundan sonrakı iki ildə də manat dəyərsizləşməkdə davam etdi...
 
Bəs görəsən, ötən iki ildə iqtisadiyyatımızda nələr baş verdi?
 
FaktXəbər-in məlumatına görə, “Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu devalvasiyadan sonra da manat 58 faizə yaxın dəyər itirdi: “Azərbaycan iqtisadiyyatının xüsusilə də 2005-ci ildən sonrakı inkişafı, hökumətin daha çox üstünlük verdiyi model onu deməyə əsas verirdi ki, növbəti dövrlərdə hər hansı formada resursların itirilməsi ilə üz-üzə qalacaq. Məhz 2015-ci ilin fevralında baş verən devalvasiyada daha çox neft qiymətlərinin ucuzlaşmasından qaynaqlanan riskin nəticəsi olaraq ortaya çıxdı. Bundan sonra nələr baş verdi? Azərbaycan manatı ötən iki il ərzində öz dəyərini təxminən 57-58 faiz itirdi. Paralel olaraq biznesin və vətəndaşın borcları kifayət qədər artdı. Ölkədə çox sürətli dollarlaşma prosesi başladı ki, nəticədə valyuta tələbinin artması, manat üzərində təzyiqi daha da artırdı. Bundan başqa, biznesin gəlirliliyi kifayət qədər aşağı düşdü. Bunun nəticəsi olaraq, bir sıra xarici kapitallı şirkətlər belə öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar. Xüsusilə ən böyük zərər tikinti sektorunda hiss olundu. Bu sektorda çox böyük kiçilmə var. Çünki bu sektorun maliyyə qaynağı neft gəlirləri idi. Əhalinin həm dövlət, həm də qeyri-dövlət sektorunda çalışan hissəsi üçün gəlirlər kəskin şəkildə azaldı. Dövlət sektorunda müəyyən mənada paketlərin dayandırılması, il-leqal gəlirlərin həcminin aşağı düşməsi, rüşvətin həcminin azalması, korrupsiya imkanlarının məhdudlaşması bu sektorda çalışanların gəlirlərini məhdudlaşdırdı”.
 
İqtisadçının sözlərinə gör, qeyri-dövlət sektorunda isə alıcılıq imkanlarının azalmasından qaynaqlanaraq daha çox yerli istehsalın zəifləməsi, dəyər zəncirinin bütün halqalarında kiçilmənin baş verməsi məşğulluq səviyyəsini kəskin şəkildə azaldan amilə çevrildi: “Əhalinin gəlirləri azaldı. Faktiki olaraq, 2016-cı ilin rəsmi statistik məlumatlarına görə, əhalinin real gəlirlərində təxmini 3,7 faizlik azalma var. Bu, rəsmi statistikadır. Ancaq bizim müşahidələrimiz onu göstərir ki, göstəricilər bundan qat-qat artıqdır. Hətta bəzi hallarda əhalinin gəlirlərini 2014-cü illə müqayisə etsək, bu zaman görərik ki, gəlirlərdə 20-25 faiz arasında azalma var. Eyni zamanda inflyasiya səviyyəsi uzun müddətdən sonra yenidən ikirəqəmli həddə yüksəldi ki, bu da alıcılıqda, əhalinin gündəlik həyat tərzində öz təsirini göstərir. Rəsmi statistika 12 faizlik inflyasiya desə də, müşahidələr onu göstərir ki, təkcə 2016-cı ildə ərzaq sektorunda inflyasiya səviyyəsi 30 faizdən çox olub. 
Hazırda baş verən inflyasiya manatın məzənnəsinin ucuzlaşması nəticəsində yaranmış idxal inflyasiyasıdır. Bu qaçılmazdır. Bunun qarşısını almaq mümkün deyildi. Proses gündən-günə dərinləşməkdədir, bundan sonrakı dövrlərdə də əhalinin həyat səviyyəsinin, sosial-iqtisadi vəziyyətinin daha da çətinləşəcəyinə işarə edir".
 
Rəşad Həsənov onu da vurğuladı ki, devalvasiyadan ən çox bank sektoru təsirləndi və bu sektorda ciddi təlatümlər yaşadı: “Ötən il ərazində hər 4 bankdan birinin bağlanması kifayət qədər ciddi bir göstərici idi. Əgər digər banklarında maliyyə hesabatlarına, beynəlxalq maliyyət qiymətləndirmə institutlarının açıqlamalarına diqqət etsək görərik ki, yerdə qalan bankların da vəziyyəti ürəkaçan deyil. Onların da konsolidasiyası istiqamətində cəhdlər baş tutmur. Bütövlükdə götürəndə iqtisadiyyatın əsas kapital dayağı hesab olunan sektor bank-maliyyə sektorudur. Hazırda banklar passiv bir rejimə keçib. Kreditləşmə məhdudlaşdırılıb. Burada hökumət səviyyəsində həyata keçirilən monetar siyasətin də təsiri var ki, bu da dövriyyədə manat kütləsinin artmaması və nəticədə valyuta bazarlarında valyuta tələbinin nisbətən tənzimlənməsi cəhdidir. Lakin biznesin gəlirlərinin azalması bu sahəyə yönələn kreditlərin qayıtmamasına səbəb olur. Eyni zamanda əhalinin gəlirlərinin azalması da istehlak təyinatlı kreditlərin geri qayıtmamasına gətirib çıxarır ki, bu da son nəticədə bankların kredit siyasətinin məhdudlaşdırılmasına səbəb olur”.
 
Ekspert diqqətə çatdırdı ki, son iki ildə iqtisadiyyatda çox ciddi geriləmələr müşahidə olundu: “Sonuncu dəfə Azərbaycan iqtisadiyyatında 1994-cü ildə geriləmə qeydə alınmışdı. Ötən 22 il ərzində ilk dəfə 2016-cı ildə iqtisadiyyat rəsmi olaraq 3,8 faiz, ancaq qeyri-rəsmi qiymətləndirsək, ən azı 10 faiz kiçilmə ilə üzləşdi. Bunlar kifayət qədər ciddi göstəricilərdir və 2005-2014-cü illər ərzində həyata keçirilən doğru olmayan fiskal-monetar siyasətin nəticəsi olaraq ortaya çıxdı”.
 
Manatın devalvasiyasından sonra hökumətin həyata keçirdiyi islahatlara da toxunan Rəşad Həsənov bunun zərurətə çevrildiyini bildirdi: “Artıq Azərbaycan iqtisadiyyatını köhnə qaydalarla idarə etmək mümkün deyil. Çünki köhnə qaydalar çox sadə idi, neft pulları daxil olurdu və pullar iqtisadiyyata yönəldilirdi. Azərbaycan iqtisadiyyatı daha çox istehlak iqtisadiyyatı idi. 2008-ci ildə ölkə iqtisadiyyatının təxminən 56 faizini cəmi 100 min nəfərin fəaliyyət göstərdiyi neft sektoru yaratmışdı. Ölkənin digər 4,5 milyon nəfərlik əmək qüvvəsinin yaratdığı əlavə dəyərin iqtisadiyyatda payı cəmi 43 faiz idi. Bu da o deməkdir ki, əslində Azərbaycan iqtisadiyyatı heç də real istehsala söykənən iqtisadiyyat deyildi. Neftin qiymətinin ucuzlaşmasının Azərbaycan üçün müsbət dəyərləndirilə biləcək yeganə cəhəti varsa, o da islahatlara yol açmasıdır. Son illər bu istiqamətdə addımlar atılır. Ancaq müşahidələr onu göstərir ki, institutsional islahatların sferası, səmimiliyi nisbətən zəifdir. Hökumət ilk növbədə xarici investisiyaya çox böyük ehtiyac duyacaq. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının üzərində çox ciddi işlənməsinə ehtiyac var. Azərbaycanın məhkəmə sistemi qaydasına salınmalıdır. Xarici və yerli investoru biz inandıra bilməliyik ki, dövlət olaraq dəyişdik, bundan sonra biznesə kənar müdaxilə olmayacaq. Məmur müdaxiləsi olmayacaq, oliqarx biznesi məhdudlaşacaq, biznes və idarə etmə bir-birindən kənarlaşdırılacaq. Bu istiqamətdə hələ ki ciddi səylər müşahidə olunmur. Həyata keçirilən bir çox islahatlar sanki dekorativ xarakter daşıyır. Ancaq ümid edək ki, növbəti dövrlərdə biz heç də təsəvvür etdiyimiz kimi xəyal qırıqlığına uğramayacağıq, səmimi davranışları müşahidə edəcəyik. Ümid edək ki, gələcəkdə neftin ucuzlaşmasının və son iki ildə yaşanan ağrı-acının yeganə müsbət cəhətini Azərbaycan iqtisadiyyatında islahatlara başlanılması olaraq qiymətləndirə biləcəyik”.

 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Birinci - devalvasiyadan - ötən - 2 - ildə - nələr - itirdik, - nələr - qazandıq... -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:23-02-2017 10:11 - Oxundu: 255
Analiz
14-03-2017 14:11 Mən ləzgiyəm, mən talışam, mən rusam...
11-03-2017 10:58 Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat necə olacaq? - REAKSİYALAR
10-03-2017 11:34 Tələbələrin ölüm səbəbini hər birimiz görürük - VİDEO
03-03-2017 16:47 Azərbaycan qadınını yerdən yerə vuran rejissorlara
25-02-2017 13:44 Şəhidlərimizin bizlərə əmanət etdiyi anaların yeganə arzusu
23-02-2017 11:38 Trampın “Fələstin dövləti modeli” dünyanı təəccübləndirmir
23-02-2017 10:11 Birinci devalvasiyadan ötən 2 ildə nələr itirdik, nələr qazandıq...
22-02-2017 12:33 Hədəf Putinin "Siloviklər"idirmi? - ANALİZ
14-02-2017 15:32 Siyasi quduzluq diaqnozu
14-02-2017 10:57 Sevginizi çərçivəyə salmayın, kitablarınızı isə paylaşın
01-02-2017 16:34 ABŞ əvvəlcə bombaladı, sonra qadağan etdi - ANALİZ
26-01-2017 15:15 İntihar – psixologiya, yoxsa düzgün tərbiyə
19-01-2017 09:43 Qazın qiymətinin yenidən artacağının anonsu verildi
16-01-2017 11:05 Azərbaycan əhalisi necə yaşayır?
11-01-2017 11:16 Təəssüf ki, ümidlər özünü doğrultmadı - Yeni "aprel döyüşləri" gözlənilir
08-01-2017 22:06 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...
06-01-2017 16:36 Başıbəlalı “Qarabağ tarixi” kitabı və ya onu yazanlar kimin işçiləridir?
29-12-2016 16:48 100 İLİN ETİRAFI: hamı bilir, amma heç kəs danışmır
22-12-2016 17:36 Manat daha 20-25% ucuzlaşdırıla bilər - ANALİZ
19-12-2016 22:55 SƏFİR ÖLÜMÜNƏ görə Rusiyadan hədəf göstərildi: SƏUDİYYƏ ƏRƏBİSTANI
09-12-2016 09:27 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
08-12-2016 14:14 Repetitorluq rəsmiləşdirilir? – EKSPERTİN ŞƏRHİ
02-12-2016 15:11 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ - ANALİZ
29-11-2016 09:35 Terapiyasız şok...
12-11-2016 14:18 Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
10-11-2016 08:45 "Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər"
26-10-2016 12:55 Böyük Yaxın Şərq Layihəsinin məqsədləri və layihəyə daxil olan ölkələr
24-10-2016 16:44 ABŞ-ın təhlükəsizlik anlayışı və "quldur" adlandırdığı dövlətlər - ANALİZ
21-10-2016 16:50 Radikal İslam adı ilə Şeytani oyun siyahısı - ANALİZ
06-10-2016 13:48 Mən səni söyürəm, sən məni söymə
05-10-2016 14:42 ABŞ-ın Səudiyyə barədəki qərarı Krallıqda qorxu yaradıb – ÇEVRİLİŞ GÖZLƏNİLİR
03-10-2016 10:44 Eldar Mahmudovun həbs ediləcəyi anonsu - niyə 1 il sonra?
30-09-2016 10:12 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
29-09-2016 17:05 Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs
29-09-2016 12:33 Özünü müsəlman bilən şəxsin əxlaqsız jurnalın səhifəsində nə işi?- FOTO
29-09-2016 11:46 Aqil Abbas: Şiəliyi yıxıb-sürüyənlərə xatırlatma
28-09-2016 15:29 Akif Nağı Fazil Mustafanın Xətai barədə iddialarına cavab verdi
27-09-2016 17:02 Məkkə üçün planlar hazırlayanların Kərbəla həmləsi
27-09-2016 14:47 Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..
22-09-2016 10:10 Kredit borcları bağışlanacaqmı? - İqtisadçı ekspert açıqladı
19-09-2016 12:58 Qubad İbadoğlu: ''İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq''
15-09-2016 10:00 Manatı növbəti devalvasiya gözləyirmi? - Ekspert şərhi
09-09-2016 17:04 ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI
08-09-2016 14:30 Hər kəsin cavabını axtardığı suallarla dolu bir yazı
02-09-2016 16:47 Orta Asiyanı gözləyən xaos və ya Özbəkistanın yeni prezidenti kim olacaq
30-08-2016 13:37 Suriyanın şimalında “Cerablus” oyunu nə məqsəd daşıyır? -ANALİZ
19-08-2016 13:01 Özümüzə məxsus turizm modeli
04-08-2016 11:15 Terrorçuların əsas yuvası mühasirədə: Suriya ordusu hücuma keçib
03-08-2016 14:11 Azərbaycanda dolların bahalaşması orta müddətdə davam edəcək
29-07-2016 15:16 Büdcədəki kəsir nə qədər qorxuludur?
27-07-2016 10:28 "Kurtlar Vadisi"ndə 1 dollar səhnəsi və Fətullah Gülən - FOTO-VİDEO
26-07-2016 17:14 “Sem əmi”nin planı ciddi təhlükəyə düşüb - ANALİZ
26-07-2016 16:55 Azərbaycan ordusunda fətullahçılar varmı?
14-07-2016 10:50 İlahiyyatçını niyə Şeyxin və Milli qəhrəmanın əleyhinə qoymaq istəyiblər?
14-07-2016 10:00 İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
11-07-2016 12:25 MKİ və Mİ6-nın terrorçulara dəstəyi ortaya çıxdı, məhkəmə dayandı
01-07-2016 11:27 5 milyonluq yol “nisyə” çəkilib?
28-06-2016 16:17 “Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”
27-06-2016 12:14 Xərclənəcək 4 milyard dolların sonrası...
24-06-2016 10:19 Biri şad, biri də bəd xəbər?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi - FOTO
27-03-2017 16:06
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Cəlilabadda əllə quyu qazan qurğu düzəldiblər - VİDEO
27-03-2017 22:37
Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
27-03-2017 16:34
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəmələri davam etdirilib
27-03-2017 16:06
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az