Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

10 Yanvar

2017
10:58
748
Bir limon 15 manata satılır... - FOTO

Ordubad limonu bazarlarda 15 manata satılır. Bu haqda məlumatı Azərtac yayıb. Agentlik bildirir ki, ordubad limonunu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır.

Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib.

Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com