Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Mart

2017
09:45
3890
Bir azdan ətin dadını unudacağıq - YENİ QİYMƏTLƏR

Azərbaycanda kifayət qədər fermer təsərrüfatının olmasına baxmayaraq, mal ətinin qiymətində artım müşahidə edilir.

Heyvandarlıqla məşğul olan fermerlər bahalaşmaya əsas səbəb kimi mal-qaraya verilən yemlərin qiymətinin artmasını göstərirlər: "Məsələn, heyvanlara verilən yemin qiyməti əvvəllər bir çuval üçün 5-6 manat idisə, 2016-cı ilin sonunda bu qiymət 7-8 manatadək yüksəldi. Hazırda isə yemin bir çuvalı 10-12 manata satılır. Otun qiymətində də artım var. Hər bağlamada qiymət artımı 1 manat, 1 manat 50 qəpik təşkil edir, yəni əvvəllər bu qiymət 4 manatadək idisə, indi otun bir bağlaması 5 manatdan başlayan qiymətə satılır. Ən böyük artım isə kəpəyin qiymətindədir. Burada qiymət artımı iki dəfədən də çoxdur. 2 manata olan kəpək indi alıcılara 4 manat 50 qəpik - 5 manat arasında qiymətə satılır".

Qeyd edək ki, qış aylarında mal-qara üçün yem bazasının əsasını təşkil edən quru otun, kəpəyin, kökəltmə yemlərinin demək olar hamısı bahalaşıb.

"Report"un əməkdaşları Bakıda yerləşən ən böyük marketlər şəbəkələri arasında qiymətlərlə bağlı araşdırma aparıb. Aşağıda həmin araşdırmanın nəticələrini əks etdirən cədvəli təqdim edirik:

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 14:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru