Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Dekabr

2016
22:15
623
Biləsuvarda saxlanılanlar 3 aylıq həbs olunub

Bu gün Cəbrayıl Rayon Məhkəməsinin qərarı ilə, iki gün əvvəl Biləsuvar rayonunun ərazisində köçkün qəsəbəsində baş vermiş insident zamanı saxlanılmış Cəbrayıl rayon sakinləri Gülağa Alməmmədov, Cəlal Quliyev və lkin İsgəndərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Xatırladaq ki, dekabrın 22-də saat 18.00 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin "Qafqazinfo"ya daxil olan birgə məlumatında bildirilirdi ki, bununla əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə bir xidməti avtomobilin şüşələrini sındırıblar. Görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı alınıb, hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar. Xəsarət almış 9 əməkdaşdan 6-na ilkin tibbi yardım göstərilib, 3-ü isə xəstəxanalara yerləşdirilib. (Virtualaz.org)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru