Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Dekabr

2016
12:25
3018
Biləsuvarda narazı vətandaşlara polis arasında qarşıdurma olub - VİDEO

Aksiyaçılar arasında döyülən və yaralananların olduğu deyilir.

Dekabrın 22-də gecə saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər işığın fasilələrlə verilməsinə etiraz olaraq ərazidən keçən yolu bağlayıblar.

Bu barədə aksiya iştirakçıları məlumat verib. Onların sözlərinə görə, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazidə baş verib:

"7-8 qəsəbənin işığı yoxdur. Dəfələrlə demişik, əncam çəkilmir. Ona görə də qərara aldıq ki, narazılığımızı yolu bağlamaqla bildirək".

Sakinlərin bildirildiyinə görə, aksiyanı dağıtmağa gələn polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Aksiyaçılar arasında döyülən və yaralananlar var.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayevə Meydan TV-yə narazılıqların olduğunu təsdiqlədi və bunun işıq-qaz problemindən qaynaqlandığını dedi: "11 qəsəbənin sakinləri yalnız işıqdan istifadə edirlər, yəni evlərini, yeməklərini, hamamlarını işıq hesabına qızdırırlar və bu da istər-istəməz işıq xətlərində problem yaradır. İllərdir vəziyyət bu cürdür və işıq fasilələrlə veriləndə evində körpəsi, qocası olan narazılığını bildirir. Əgər qaz olsaydı, vəziyyət belə olmazdı. Nəzərə alın ki, bu qış əvvəlkilərdən çox soyuqdur".

Fəridə İbayeva qəsəbəyə qaz xəttinin çəkilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıqdıqlarını da söylədi: "Vəd ediblər ki, qaz çəkiləcək".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru