Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2019
14:54
220
Biləcəridə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Təmir-tikinti işləri ilə əlaqədar olaraq martın 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Dövlət Agentliyi vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmağı xahiş edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Biləcəri avtomobil hərəkəti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 20:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com