Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Avqust

2017
13:55
333
Beynəlxalq reyting agentliyi Azərbaycanın defolt proqnozunu açıqlayıb

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

Reytinq üzrə proqnozlar neqativdir.

Ölkənin milli və xarici valyutada prioritet təminatsız istiqrazlarının reytinqi də "BB+" səviyyəsində təsdiqlənib.

Reytinqin "BB+" səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında "Fitch" xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib. Reytinq üzrə proqnozun neqativ olmasına gəlincə, "Fitch" makroiqtisadiyyat və maliyyə sektoru ətrafında yaranan qeyri-müəyyənliyə diqqət çəkib.(apa)

Məqalədə : Defolt reytinqi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru