Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 İyul

2017
09:57
785
Benzin 28,5 faiz bahalaşdı - NÖVBƏDƏ HANSI MALLARDIR?
Qubad İbadoğlu: Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək

Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür. 

FaktXəbər-in məlumatına görə, bu barədə açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu bildirib. İqtisadçının fikrincə benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təirləri olacaq: "Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq." 

Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq

Q.İbadoğlu cari ilin ikinci yarısında inflyasiyanın daha da sürətlənəcəyini vurğulayır: "Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub. Belə olan halda da qiymətlərin ümumi səviyyəsi xarakterizə edən istehlakçı qiymətləri indeksinin orta illik səviyyəsi 15 faizdən az olmayacaq. Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq." 

Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyul 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib

Q.İbadoğlu son olaraq onu da qeyd edib ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur və məlum qərarı ilə məqsədli şəkildə ümumi qiymət artımını stimullaşdırır. Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan "sabitliyi" davam etdirmək istəyinə də xidmət edir.

Məqalədə : Qubad İbadoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru