Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
15:06
1914
BBC ABŞ-ın İŞİD-i Rəqqadan qaçırması ilə bağlı detalları açıqladı - FOTO-VİDEO
Qaçırdılan terrorçular arasında azərbaycanlılar da olub

FaktXeber.com-un məlumatına görə, BBC heyəti Rəqqada minlərlə İŞİD mənsubunu çıxardan  ABŞ- İngilis-kürd liderliyində koalisiyanın İŞİD-lə gizli sövdələşməsinin detallarını açıqlayıb. Bildirilir ki, qaçanlar arasında terror təşkilatın ən qəddar qatilləri və bir sıra xarici döyüşçülər olub. Onlardan bəziləri Suriyanın digər ərazilərinə yayılıb, digərləri isə Türkiyəyə qaçmağı bacarıb.

FaktXeber.com BBC-nin hazırladığı həmin reportajı təqdim edir.

Tır sürücüsü olan Ebu Fevzi başqa bir iş üçün yola çıxırdı. Kürd yaraqlılardan ibarət Suriya Demokratik Qüvvələri (SDQ) Əbu Fevzidən Rəqqadan çıxarılacaq minlərlə İŞİD mənsubunun  konvoyuna  rəhbərlik etməsini istəyib. Bunun cəmi 6 saat çəkəcəyi bildirilmişdi. Lakin 12 oktyabrda onlar yola düşərkən, aldandıqlarını başa düşürlər.

Səfər tam 3 gün çəkib. Əbu Fevzi və dostları  bu işin gizli qalması şərtilə minlərlə dollar alacaqdılar. Rəqqada 4 aydan bəri davam edən  döyüş şəhərdə  sağlam bina qoymamışdı. Ərəb, kürd və digər insanlar artıq Rəqqadan ayrılmaq məcburiyyətində idi. Fəqət bu köç dalğası eyni zamanda şəhərdə olan İŞİD mənsublarının da kənara çıxmasına şərait yaratdı. 

ABŞ-İngilist-kürd  koalisiyası isə bu konvoydakı rollarını qəbul etmirlər. Rəqqanın çirkin sirri dünyanı yeni bir təhdid qarşısında qoydu.

Tırlardan birinin sürücüsü Əbu Fevzi deyir: «Rəqqaya girdiyimiz ilk anda  qorxmağa başladım. Sözdə SDQ bizi müşaiyyət edəcəkdi, ancaq tək başımıza gəldik. Şəhərə girər-girməz İŞİD mənsuğbları ilə rastlaşdıq. Üstlərində intihar kəməri və ağır  silahlar vardı, hətta qadınlar belə kəmərlər taxmışdılar. Yollara bubi tələləri  qoyulmuşdu, əgər bir tərslik baş verərsə, bütün konvoy havaya uçurulacaqdı. Kürd liderliyində SDQ Rəqqanı media mənsublarından təmizləmişdi. İçəridə ancaq öz  yayım orqanları vardı, amma onlar da bu anları yayımlamayacaqdı».

SDQ xalqa sadəcə az sayda terrorçuların şəhərdən çıxdığını bildirirdi. Ancaq konvoydakı tır sürücüləri eyni şeyləri demirlər.

«Təqribən 4000  insan götürdük, bunların içində  qadın və uşaqlar da vardı. Rəqqaya ilk girdiyimizdə  sadəcə ümumilikdə 200 nəfər götürəcəyimizi düşünürdük, ancaq təkcə mən 120 nəfəri apardım», - deyə onlardan biri deyir.

Başqa bir tır sürücüsü isə karvanın hardasa 6-7 km uzunluğunda olduğunu bildirir: «Təqribən 50 tır, 13 avtobus və 100-dən artıq İŞİD üzvlərinin istifadə etdiyi maşınlar var idi. Bəzi İŞİD rəhbərləri maşınlarımızın ön oturacağında  üzləri qapalı  şəkildə oturmuşdular. Razılaşmada  ancaq  şəxsi silahların götürülə biləcəyi  deyilsə də, İŞİD üzvləri əllərindəki hər şeyi götürmüşdülər. Təkcə 10 tır  silah-sursatla yüklənmişdi. Bundan başqa razılaşmaya görə ABŞ  Müdafiə naziri  Mettisin sözlərinə görə heç bir  xarici döyüşçü Rəqqadan çıxıb  öz ölkələrinə  geri dönməyəcəkdi, amma çoxlu xarici var idi:  azərbaycanlı, türk, fransız, pakistanlı, yəmənli, səudiyyəli, çinli, tünisli, misirli...»

BBS-nin araşdırmalarına görə, Koalisiya Rəqqadan 250 civarında İŞİD üzvü və onların 3500 nəfərlik ailələrinin çıxdığını qəbul edir.

ABŞ ordu sözcüsü general Ryan  Dillon: «Biz şeç kimin çıxmağını istəmirdik. Fəqət bu bizim strategiyamızın tam qəlbidir. Meydanda nə olur-olsun, söz sahibi  suriyalılardır. Orda döyüşənlər və ölənlər onlardır. Əməliyyatla əlaqədar qərarlar ala bilərlər».

General Ryan koalisiyanın danışıqlara izn verdiyi  bildirərkən, anlaşmaya qoşulmadıqlarını deyib: «Arxada sadəcə 4 min xarici döyüşçü var və SDQ onları məhbus kimi saxlayır».

Rəqqanın qərbindən ayrılarkən  yol kənarındakı  Rəqqanın  bərəkətli buğda və pambıq tarlaları geridə qalırdı. Karvan  əsas  yoldan çıxmış, artıq səhrada hərəkət edirdi.

Əbu Fevzi: «Yolda gedərkən bizə «Rəqqa yenidən inşa edildiyində xəbər verin, geri gələcəyik», - dedilər».

Səhrada

Əsnaf Mahmud çox səmimi olmağı sevən biri deyil. Saat təqribən günorta 4 radələri idi. SDQ konvoyu şəhərə girirdi. Bizə hər kəsin içəri girib qapıları bağlamasını söylədilər. Biz markettə oturarkən SDQ maşınları  gəldi və bizə özləri ilə İŞİD arısnda  bir anlaşma olduğunu, bölgəni tək etməyimizin lazım olduğunu  söylədilər. Mahmud aylar idi ki, çox az iş görə bilmişdi. 4000 insan  onun üçün çörək  qapısı idi…

Muhanadın kiçik kəndində  insanlar  karvanın gəldiyini görəndə qaçmağa başlamışdılar. Həyatalarından qorxurdular. Fəqət  anidən  maşınlar əsas yoldan çıxaraq səhraya girib. 

İki Humvee karvana rəhbərlik edirdi. Yol boyu danışdığımız bir çox insan  konvoyu koalisiya təyyarələrinin müşaiyyət etdiyini, bəzən dronları da görüdeləini söylədilər.

Sürücü Əbu Fevzi də yuxarıda  koalisiya təyyarələri tərəfindən işarə fişənglərinin atıldığını və bunların  yollarını  aydınlatmaq üçün  istifadə etdiyini deyir: «Son konvoy qarşıya keçmək ərəfəsində bir ABŞ təyyarəsi çox alçaqdan uçub önümühzə işarət fişəngi atdı.»

Koalisiya bu konvoyun çıxışını planlaşdırmadığını bildirsə də, yuxarıdan müşaiyyət etdiyini qəbul edir.

Son SDQ nəzarət  məntəqəsini keçərkən  İŞİD-in nəzarəti altındakı Markada və Əl-Suvar arasındakı kiçik bir kənd. Əbu Fevzi hədəf nöqtəsinə çatmışdı. Fevzinin tırı İŞİD üzvləri və sursatları ilə ağzına qədər dolu idi. Əbu Fevzi sonunda təhlükəsiz bir yerə getdikdə   SDQ üzvləri  ondan onları hara gətirdiyini soruşub. O da xəritədə  həmin yeri göstərib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru