Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2018
12:23
Bazar gününə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yaöış 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com