Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2018
14:39
Bayraq günü münasibətiylə ağacəkmə aksiyası keçirilib

Dövlət Bayrağı günü münasibətilə Gəncədə ağacəkmə aksiyası keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında icra başçısının müavini Elnur Rzayev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. 

Gəncənin yeni asfaltlanan Azərbaycan bayrağı küçəsində təşkil olunan ağacəkmə aksiyasında ictimaiyyət nümayəndələri və gənclərin xüsusi fəallığı müşahidə olunub. Ərazidə təmizlik-abadlıq işləri aparılıb, yol kənarı alaq otlarından və daşlardan təmizlənib. Daha sonra burada 2000-ə yaxın Eldar şamı ağacı əkilib. Yeni əkilən ağaclar xüsusi ayrılan su maşınları vasitəsilə suvarılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bayraq günü ağac əkmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com