Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
16:45
`Bayıl bazarı`nın qarşısında inşa edilən hündür binalar sökülməlidir - EKSPERT

Badamdar sürüşmə zonasında lay sınarsa, həmin ərazidə yerləşən binalar tamamilə çökəcək.

Bu sözləri açıqlamasında şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, bunun üçün həmin ərazidə təcili mühafizə tədbirləri görülməlidir.

“Yoxsa Bayıl yaylasının çökməsini müşahidə edəcəyik. Torpağı su yuyub aparacaq”.

Cahangir Qocayev bildirib ki, keçmiş “Bayıl bazarı”nın qarşısında inşa edilən hündür binalar sökülməlidir:

“Yol kəsilməlidir. Əks təqdirdə ora da sürüşəcək. Bayılın adı da həmin dövrdə “torpağın bayılması” sözündən əmələ gəlib. Bayıl yaylasını eyni təhlükə gözləyir. Əvvəldən orada evlərin tikilməsinə icazə verilməməli idi. Mənim insanlara yazığım gəlir. Çünki insanlar evlərindən olacaq, dövlət də onlara kompensasiya vermək məcburiyyətində qalacaq”. 

“Bakının ən riskli sürüşmə zonaları Badamdar, Zığ yolu sayılır. Həmin ərazidə 16 mərtəbəli bina tikilmişdi. Daha sonra o binanın mərtəbələri azaldıldı”, - deyə qeyd edilib. (oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bayıl bazarı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 07:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com