Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2018
11:04
`Barselona` vahid lider oldu, `Real` xal itirdi - VİDEO

İspaniya La Liqasında 4-cü turun görüşləri keçirilir.

FaktXəbər-in məlumatına görə, "Barselona" səfərdə "Real Sosyedad"ın qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

Oyunun 12-ci dəqiqəsində ev sahibi Arits Elustondonun qolu ilə hesabı açıb. "Barselona" isə 63-cü dəqiqədə Suarezin qolu ilə hesabı bərabərləşdirib. 66-cı dəqiqədə Dembelenin vurduğu qol "Barça"ya qələbə qazandırıb.

“Real”ın isə “Atletik”lə səfər matçında (1:1) xal itirməsi Kataloniya klubunun vahid liderə çevrilməsinə səbəb olub. Ev sahibi 32-ci dəqiqədə İker Muniainin qolu ilə hesabda irəli çıxıb. "Real" hesabı 63-cü dəqiqədə İskonun qolu ilə bərabərləşdirib. Oyun bu hesabla da başa çatıb.

Qeyd edək ki, "Real"ın "Atletik"lə oynunda kifayət qədər hakim səhvləri gözə çarpıb. İlk öncə Kazemironun kobudluğunu hakim görməzliyə vurub, daha sonra isə Kazemironun cəimə meydançası daxilində Rəşad Sadıqovun "Sumqayıt"la oynunda olduğu kimi əllə oynamasına görə 11 metrlik cərimə zərbəsi təyin etməyib. Cərimə meydançası daxilində Ramosun "Atletik" oyunçusunu hava topuna qalxmağa qoymamaq üçün çiynindən tutaraq aşağı dartması da yan xətt hakiminin və əsas hakim düz gözü qabağında olmasına baxmayaraq, yenə də qeydə alınmayıb. 

Hazırda "Barsa”nın 12, “Real”ın 10, “Selta Viqo”nun 7 xal var.

Məqalədə : Barselona Real Madrid 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com