Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

09 Yanvar

2017
11:54
580
Banklar biznes kartlarla nağdlaşdırmanı dayandırdı

Bəzi banklarda biznes və korporativ kartlar üzrə nağdlaşdırma əməliyyatları dayandırılıb. Banklardan verilən məlumatlara görə, bu, Vergi Məcəlləsinə edilən dəyişikliyin 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədardır.

Xatırladaq ki, yanvarın 1-dən hüquqi və ya fiziki şəxs olan sahibkarlar bank hesabındakı pulu nağdlaşdırdıqda sadələşdirilmiş vergi tutulacaq. Bu funksiyanı banklar yerinə yetirəcək.

Banklarda isə hələki belə avtomatik sistem qurulmayıb. Ona görə də ötən həftədən banklarda nağdlaşdırma müvəqqəti dayandırılıb. Hazırda banklar həmin sistemin qurulması ilə məşğuldurlar. Kart hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1 faizlik vergini avtomatik tutmaq üçün yeni sistem qurulduqdan sonra əməliyyatlar bərpa ediləcək.

Bankların bəziləri artıq yeniliyə hazır olduqlarını bildiriblər. Ancaq əksəriyyəti bu həftə ərzində yeni sistemi işə salacaqlarını bildiriblər. (Azadliq.info)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 21:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru