Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

22 Dekabr

2016
16:46
1879
Başmaqdan sonra plastik butulka də silah sayıldı - FOTO

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda 4 uşaq atası olan İbrahim Kaçan ötən il baş verən hadisələrə görə uşaqlarını qorumaq üçün rayondan köç etmək məcburiyyətində qalıb. Ailəsini götürüb Bağlar rayonuna gedən İbrahim Kaçan axşam saatlarında həyat yoldaşına zəng vuraraq uşaqların əhvalını soruşub. 18 yaşlı oğulu Ümidin çörək almaq üçün bayıra çıxdığını öyrənən ata, bir müddət sonra evə gəlir. Üstündən yarım saat keçməsinə baxmayaraq evə gəlməyən oğlu barədə narahat olan ata, oğlunu axtarmağa başlayıb. Ümidin dostlarının yanında olduğunu öyrənən ata, bayırda baş verən hadisələrə görə Ümidə taksiyə minib evə gəlməsini söyləyir. Evə gəldikdən sonra oğlu ilə mübahisə edən ata İbrahim Kaçan yemək yediyi zaman içində az miqdarda su olan 500 millilitirlik plastik butulkanı oğluna tərəf atıb.

FaktXəbər-in məlumatına görə, Ümid atasının bu addımına hirslənib, onu məhkəməyə verir. İlk əvvəl atasından şikayətçi olan Ümid, bir müddət sonra şikayətini geri götürüb. Atasından şikayətçi olmamasına baxmayaraq, təxminən 1 ildir ki, Diyarbəkirdə davam edən məhkəmə başa çatıb. Plastik butulkanın silah sayıldığı məhkəmədə ata İbrahim Kaçan 9 ay həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, bir müddət öncə Türkiyədə bir oğul da anasını oxşar hadisəyə görə məhkəməyə vermişdi. Oğul anasının ona başmaq atmasından şikayətçi idi. Ananı 5 il həbs cəzası gözləyirdi. Amma oğul şikayətini geri götürdüyü üçün iş bağlanmışdı.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com