Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
11:32
13038
Bal yarmarkasında sahibkarlardan 200 AZN yığılır - SƏBƏB - FOTO

Xəbər verdiyimiz kimi Kənd Təsərrüfatı Nazirliyi 5-28 oktyabr paytaxt Bakıda ənənəvi arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını təşkil edəcək. 

Bu gün bal yarmarkasının açılış günü keçirilməli idi. 

Faktxeber.com olaraq yarmarkanın keçiriləcəyi ünvana – Tofiq Bəhramov stadionunun qarşısına yollansaq da, ərazidə yararsız hala salınmış çadırları gördük. Amma buna baxmayaraq əməkdaşımız respublikanın müxtəlif yerlərindən Bakıya gəlmiş arıçılarla söhbət edib. Sahibkarlar bildiriblər ki, uzaq yol qət edərək paytaxta gəlsələr də, mövcud durumla qarşılaşmaları onları çətin vəziyyətə salıb. Çünki çoxlarının şəhərdə gecələməyə yerləri yoxdur. Bir neçə gün Bakıda qalmaq isə onlara maddi baxımdan sərf etmir. 

Arıçıların digər gileyi onlardan yığılan pul məbləğiylə bağlıdır. Astara və Qusar rayonundan yarmarkaya iştirak etməyə gələn arıçılar yarmarkada iştirak etmək üçün onlardan 200 AZN yığıldığını bildirdilər. 

Sözügedən narazılıqla bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şobəsinin müdiri Anar Hüseynovla əlaqə saxladıq. Nazirlik rəsmisi bildirdi ki, bal yarmarkasında sahibkarlardan 200 AZN məbləğində vəsaitin yığılması doğrudur: “Hər bir sahibkar yarmarka keçirilən ünvana xidmət haqqı ödəyir. Bu ödəniş hər il olur. Yarmarkanın qurulması, yerin icarə haqqı, çadır xidmətləri, təhlükəsizlik tədbirləriylə bağlı balçılar müəyyən məbləğdə vəsait ödəməli olurlar”.

Xatırladaq ki, hava şəraiti ilə bağlı təxirə salınan bal yarmarkası qarşıdan gələn həftənin birinci günündən fəaliyyətə başlayacaq. / Şəhriyar Səmədov

Məqalədə : Bal yarmarkası sahibkarlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2546

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2374

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1792

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1500

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
460

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
265

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1193
Şərhlər
Vetendash tərəfindən 05-10-2018 12:05:01 tarixində yazıldı
BAL YARMARKASI
Cox sagolun melumat verdiz ! :-) Allah razi olsun
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru