Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Yanvar

2017
20:25
876
Balaca Nurayın xalası ilə atası barışıb

Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Quba icra şöbəsində baş verən hadisə ilə bağlı mübahisə edən tərəflər arasında barışıq əldə olunub.

Bu barədə 10 yaşlı Nurayın xalası Mehriban Eldarova məlumat verib. Onun sözlərinə görə, bu gün həyat yoldaşı Eldar Nurayın bioloji atası Əvəz Bayramovla görüşmək üçün Bakıya gedib. Tərəflər arasında Nurayın xalasında qalması şərti ilə barışıq əldə edilib. M.Eldarova atasının da istəyi vaxt uşağını görmək imkanı yaradılacağını bildirib. O, bu barışığın Nurayın gələcəyi üçün düzgün qərar olduğunu deyib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb. (APA)

Məqalədə : Quba məhkəmə Nuray 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru